Accessibility links

Rəsmi Ankaranın sərhədləri qorumaq üçün münaqişəyə müdaxilə edə biləcəyi ilə bağlı xəbərdarlıq etdiyi bir vaxt Türkiyə hərbi qüvvələri Suriya ilə sərhəddə qalmağa davam edir. Son illər dövlət çevrilişi ilə bağlı təhqiqatlar nəticəsində Türkiyənin bir sıra yüksək səviyyəli hərbi rəsmiləri ya həbs edilib, ya da təqaüdə göndərilib. Belə bir şəraitdə Türkiyə silahlı qüvvələrinin gələcəyi ilə bağlı suallar qaldırılır.

Suriya ilə sərhəddə hərbi qüvvələrin sayının artırılmasına baxmayaraq, Baş nazir Əhməd Davutoğlu Suriyada əməliyyatların qaçılmaz olduğunu istisna edib. Baş nazir bunu Türkiyə mətbuatının adının açıqlanmadığı generallardan birinə istinadən belə bir müdaxilə ilə bağlı xəbərdarlıq etməsindən sonra verib. Türkiyə ordusunun təqaüdə çıxmış briqada generalı Haldun Solmaztürk hərbi qüvvələrin hələ də itkilərdən özünə gələ bilmədiyini deyir.

“Təkcə ordu deyil, hərbi hava qüvvələri və hərbi dəniz qüvvələri də quraşdırılmış məhkəmə proseslərinə görə çox sayda yüksək səviyyəli generallar və admirallarını itirib."-Haldun Solmaztürk

“Təkcə ordu deyil, həmçinin hərbi hava qüvvələri və hərbi dəniz qüvvələri quraşdırılmış məhkəmə proseslərinə görə çox sayda yüksək səviyyəli generallar və admirallarını itirib. Bu qədər itkinin Türkiyə hərbi qüvvələrinə heç bir təsiri olmayacağını demək qeyri-məntiqi görünür.”

Hökumət çevrilişinə cəhd ittihamları ilə həbs edilmiş bir çoxları apellyasiya müraciəti əsasında azadlığa buraxılıb, bəzi zabitlərin rütbəsi bərpa edilib. Brüssseldə Karnegi institutuna dəvət edilmiş tədqiqatçı Sinan Ulgen təhqiqatların generallar və İslam yönlü Ədalət və İnkişaf partiyası arasında münasibətlərə böyük zərər vura bildiyi ilə bağlı xəbərdarlıq edir.

“Hərbçilər yürütdüyü proqrama görə Ədalət və İnkişaf partiyası ilə ənənəvi olaraq dost münasibətlərə malik deyil. Bunun zirvə nöqtəsi Balyoz və Ergenekon işləri oldu. Bu hisslər müəyyən mənada məhkəmə proseslərinə cəlb olunmuş bəzi insanların azad edilməsilə dəyişdi. Lakin bu, münasibətlərdə bir iz qoyub və buna görə də əməkdaşlıq etmək çətindir.”

“Hərbçilər yürütdüyü proqrama görə Ədalət və İnkişaf partiyası ilə ənənəvi olaraq dost münasibətlərə malik deyil. Bunun zirvə nöqtəsi Balyoz və Ergenekon işləri oldu."- Sinan Ulgen

Sinan Ulgen hökuməti devirmək cəhdi ilə əlaqədar olaraq onlarla insanın həbs edildiyi iki məşhur hadisəni qeyd edir. Silahlı qüvvələr 1960-cı ildən sonra üç dəfə hakimiyyəti ələ alıb. Sonuncu dəfə bu, 1980-ci ildə baş veib.

Münasibətləri bərpa etməyə çalışaraq, Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan bu il yüzlərlə ordu zabitini əvf edib. O, müstəntiqlərin səhv etdiyini və ona yanlış informasiyanın verildiyini bildirib. Keçmiş briqada generalı Haldun Solmaztürkün sözlərinə görə, prezident Ərdoğan və onun Ədalət və İnkişaf partiyasının ölkə daxilində siyasi problemləri ünvanlamaq üçün Suriyaya müdaxilə edə bilməsilə bağlı artan şübhələr fonunda belə bir əməliyyatın keçirilməsinə əsas maneə etibarın olmaması ola bilər. “Bu partiyaya etibarın olmaması ilə bağlı heç bir sual yoxdur və bu da ordunun tərəddüd etməsinin əsas səbəbi ola bilər.”

“Bu partiyaya etibarın olmaması ilə bağlı heç bir sual yoxdur və bu da ordunun tərəddüd etməsinin əsas səbəbi ola bilər.”-Haldun Solmaztürk

Müşahidəçilərin fikrincə, generallar və siyasətçilər arasında bir-birinə etibarın olmaması Türkiyənin Suriyaya onsuz da hər bir halda riskli görünən müdaxiləsi üçün çətinlik yarada bilər.

XS
SM
MD
LG