Accessibility links

Avropa Birliyi ilə Türkiyənin martın 18-də Brüssel sammitində miqrant məsələsində razılığa gəldikləri bildirilir.

Bunu Finlandiyanın baş naziri Juha Sipila özünün Tvitter səhifəsində yazır.

Məlumatı Çexiyanın baş naziri Bohuslav Sobotkada təsdiqləyib.

Razılaşmaya əsasən martın 20-dən başlayaraq Türkiyədən Yunanıstana keçən bütün qanunsuz miqrantlar Türkiyəyə geri qaytarılacaq.

Sənədi rəsmi şəkildə hazırda Bürüsseldə olan Türkiyənin baş naziri Ahmet Davutoglu da təsdiqləməlidir.

Hələlik əlavə detallar barədə məlumat verilmir.

***

Türkiyə baş naziri Əhməd Davudoğlu miqrantların Türkiyə və Avropa İttifaqına pənah aparmasının humanitar dəyər məsələsi olduğunu deyib.

O, bu sözləri cümə günü Brüsseldə Avropa İttifaqı liderləri ilə minlərlə miqrantın Aİ-dan Türkiyəyə köçürülməsinə dair müzakirələrdən öncə bildirib.

İnsan haqları müdafiəçilərinin tənqidinə məruz qalan razılığa əsasən Avropa İttifaqı Türkiyə vətəndaşlarına Şengen zonasına vizasız səyahət etmək hüququ verəcək və Türkiyənin Avropa İttifaqına üzvlük məsələsini sürətləndirəcək.

Ankara Kiprin Yunanıstanın dəstəklədiyi hökümətini tanımaqdan imtina etdiyinə görə, Kipr razılığa öz etirazını bildirib. Ancaq bəzi məlumatlarda da kiprli liderlərin bu məsələdə geri çəkiləcəyi deyilir.

Hər iki tərəf beynəlxalq insan alveri fəaliyyətini dayandırmaq üçün razılığa ehtiyac olması ilə razılaşır. Belə şəbəkələr miqrantlardan böyük məbləğdə pul alaraq, onların təhlükəli şərtlər altında Türkiyə, Yunanıstan və ya İtaliyaya keçməsinə yardım edir.

Saziş layihəsi Türkiyədən Yunanıstana keçən miqrantların Türkiyəyə geri göndəriləcəyini nəzərdə tutur. Bu razılıq, insanların iztirabına son qoymaq və asayişi bərpa etmək məqsədilə “müvəqqəti və fövqəladə tədbir” adlanıb.

Türkiyə rəsmilərinin miqrantların Türkiyəyə köçürülməsini asanlaşdırmaq məqsədilə Yunanıstana gedəcəyi gözlənilir.

XS
SM
MD
LG