Accessibility links

Mehmet Şimşekin yeni hökumətdə təmsil olunması ilə maliyyə bazarlarında sabitliyin yarandığı müşahidə edilir


FILE - Turkish Deputy Prime Minister Mehmet Simsek poses during an interview with Reuters in Ankara, Turkey, Dec. 23, 2015.

FILE - Turkish Deputy Prime Minister Mehmet Simsek poses during an interview with Reuters in Ankara, Turkey, Dec. 23, 2015.

Türkiyənin maliyyə bazarlarında baş nazir Əhməd Davudoğlunun vəzifəsindən istefa verməsi xəbərinə reaksiya olaraq qarışıqlıq yaranmışdı. Lakin Mehmet Şimşekin yeni hökumətdə təmsil olunması ilə maliyyə bazarlarında sabitliyin yarandığı müşahidə edilir.

Maliyyə bazarlarında Mehmet Şimşekin Türkiyə baş nazirinin köməkçisi vəzifəsinə gətirilməsi ilə əvvəlki iqtisadi itkilər yenidən bərpa edilib.

Keçmiş bankir olan Şimşekin yenidən nazirlər kabinetində təmsil olunması ilə baş nazir Əhməd Davudoğlunun istefasından sonra maliyyə bazarlarında canlanmanın yarandığı müşahidə edilir.

İstanbulda yerləşən Finans Bankın baş iqtisadiyyatçısı İnan Dəmir deyir ki, Şimşekin yeni hökumətdə yer alması prezident Rəcəb Tayyib Ərdoğanın beynəlxalq maliyyə bazarlarına müsbət jesti kimi dəyərləndirilir.

İnan Dəmir: “Mehmet Şimşekin yeni hökumətdə yer alması, hökumətin nəsə etməyə çalışdığına işarədir. Lakin əslində Mehmet Şimşekin ciddi manevr edə biləcəyi gözlənilmir.”

Şimşek ölkənin maliyyə bazarında əsas idarəçi rolunu itirib. Eyni zamanda, maliyyə bazarlarında gələcəkdə ciddi nəzarətin tətbiq edilə biləcəyi ilə bağlı narahatlıqlar mövcuddur.

Siyasi məsləhətçi Atilla Yeşilada deyir ki, Ərdoğanın iqtisadi qanunları narahatlığı artıracaq.

Ərdoğan qanunlara artıq müdaxilə edir. Bu istiqamətdə siyasət formalaşır. O, faizlərin aşağı olması bağlı narahatlıqlara ciddi yanaşılmasını və faiz dərəcələrinin tez bir vaxtda endirilməsini istəyir. Düşünürəm ki, daha çox meqa lahiyələrin şahidi olacayıq, faktiki olaraq Ərdoğanın ölkəni idarə edir.

Atilla Yeşilada: “Ərdoğan qanunlara artıq müdaxilə edir. Bu istiqamətdə siyasət formalaşır. O, faizlərin aşağı olması bağlı narahatlıqlara ciddi yanaşılmasını və faiz dərəcələrinin tez bir vaxtda endirilməsini istəyir. Düşünürəm ki, daha çox meqa lahiyələrin şahidi olacayıq, faktiki olaraq Ərdoğanın ölkəni idarə edir.”

Təhlilçilər xəbərdarlıq edir ki, Türkiyənin ticarət balansının yaradılması üçün xarici kapital cəlb etdiyi halda faiz dırəcələrinin azaldılması milli valyutaya öz təsirini göstərəcək.

Ankara həmçinin meqa lahiyələri həyata keçirmək üçün xarici kapitala ümid bağlayır. Bu layihələrə dünyanın ən nəhəng hava limanı və ən uzun körpüsünün inşası daxildir.

Ərdoğanın prezidentlik səlahiyyətlərinin artırılması məqsədilə keçiriləcək referendumdan əvvəl iqtisadiyyatın canlandırılması üçün ölkədə daha çox lahiyələrə start veriləcəyi gözlənilir.

Yavuz Sultan Selim körpüsünün tikintisi davam edir.İstanbul/Türkiyə

Yavuz Sultan Selim körpüsünün tikintisi davam edir.İstanbul/Türkiyə

Dəmir deyir ki, Ərdoğanın planları ABŞ-ın mərkəzi bankının ucuz pul siyasətinə son qoyması və faiz dərəcələrini artırıb-artırılmaması ilə bağlı ola bilər.

Dəmir: “Ucuz pul Türkiyə üçün əsas faktordur. Bu siyasi qeyri-müəyyənlik, Türkiyənin qeyri-iqtisadi sahələrində qarışıqlığı qaydasına sala bilər. Lakin ABŞ mərkəzi bankı defisitin qarşısını almaq üçün daha ehtiyatlı iqtisadi siyasət yürütsə, bunun Türkiyəyə mənfi təsiri ola bilər. İqtisadiyyat tarixindən buna çox misallar çəkmək olar. Bu ölkələrdə ticarət balansında böyük defisitin olmasına baxmayaraq, böyük lahiyələrin həyata keçirilməsini daim davam etdirmək mümkün olmur.”

Ekspertlər deyir ki, Ərdoğanın meqa lahiyələrinin ümumi dəyəri təxminən 50 miliyard dollardır.

XS
SM
MD
LG