Accessibility links

Türkiyədən İrana İxrac olunan qızılın miqdarı kəskin artıb


Əzici sanksiyalar fonunda İran höküməti xalqın qızıla artan təlabatından faydalanmağa çalışır

Ötən bir neçə ay ərzində Türkiyədən İrana qızıl ixracatında artım müşahidə olunur. İstanbuldan reportaj hazırlayan Amerikanın Səsinin müxbiri Dorian Cons Tehranın beynəlxalq sanksiyalardan yayınmaq cəhdlərini araşdırıb.

2012-ci il ərzində Türkiyə-İran ticarət dövriyyəsinin aylıq yüksəliş səviyyəsi rekord həddə çatıb. Demək olar ki, bütün bu artımın səbəbi İrana ixrac olunan qızıldır. Türkiyədə Finansbankın baş iqtisadçısı İnan Dəmir bu miqdarın misli görünməmiş həddə olduğunu deyir.

“2010-cu və 2011-ci illər Türkiyənin ümmi qızıl və zərgərlik məmulatları ixracının ümumi dəyəri 4.3 milyard dollar məbləğində qeydə alınıb. Hal hazırda, 2012-ci ilin ilk altı ayı ərzində İrana ixrac olunan qızılın ümumi dəyəri 6 milyard dollardan artıq olub. Belə ki, keçmiş göstəricilərlə müqayisə etdikdə əminliklə biz burada qeyri-adi bir şeydən bəhs edirik,” -deyə Dəmir bildirir.

Tehranın nüvə enerjisi proqramı nəticəsində sərtləşdirilmiş beynəlxalq sanksiyaların tətbiqi bərbad hala düşmüş İran iqtisadiyyatını qızıl idxalına üz tutmağa vadar edib. Fransanın Burqundiya Biznes Məktəbinin İran üzrə təhlilçisi Cəmşid Əsədi güman edir ki, inflyasiyanın artması və İran valyutasının dəyərini itirməsi nəticəsində İran höküməti xalqın qızıla artan təlabatından faydalanmağa çalışır.

“Onlar pul qazanmağa çalışırlar. İnsanların euro, dollar və qızıl aldıqlarını yaxşı bilirlər. Onlar digər ölkələrdən qızıl alıb İran vətəndaşlarına daha bahalı qiymətə satmaqla pul qazanırlar. Onların çox ciddi şəkildə pula ehtiyacları var, və pul qazana biləcəkləri bütün işləri görürlər,” -deyə Əsədi bildirir.

İranın bank sisteminə qarşı ABŞ və Avropa Birliyinin yeni sanksiyaları İrandan alınan enerji haqqının ödənilməsini müştərilər üçün tədricən çətinləşdirir. Finansbankın iqtisadçısı Dəmir, qızılla ödənişin buna çarə ola biləcəyini deyir.

“Görünür bu yolla İranın bank sisteminə qarşı tətbiq olunmuş sanksiyalardan qaçmaq mümkündür. İran enerji ticarətini vasitəçi yolu ilə aparmalıdır, çünki onun bank sistemi bütün dünyadan təcrid olunub. İrandan enerji idxal edənlərbu vasitəçilərə real valyuta ödəməli olurlar, lakin mənə elə gəlir ki, vasitəçilər bu məbləğləri İrana birbaşa ötürə bilmədikləri üçün ola bilsin onlar bunun əvəzinə İrana qızıl alıb göndərirlər,” -deyə Dəmir bildirir.

Avropa Birliyi İrana qızıl ixracını qadağa edən qanun qəbul edib, lakin Türkiyə Avropa Birliyinin üzvü olmadığı üçün bu tədbirlərlə əlaqəli olmadığını bildirib.
XS
SM
MD
LG