Accessibility links

Türkiyənin İraq Kürdüstanı ilə neft müqavilələri rəsmi Bağdadı narazı salıb


Təhlilçilər Türkiyənin Bağdaddan asılı olmayaraq, İraq Kürdüstanı ilə siyasi və iqtisadi əlaqləri gücləndirəcəyinə inanır

Bağdad və İraqın yarı-muxtar kürd hökuməti arasında ölkənin enerji ehtiyatları ilə bağlı yaranmış gərginlik Türkiyəni də mübahisəyə sürükləyir. Keçən həftə İraq rəsmi Ankaraya kürd regionundan xam neftin qəbul edilməsilə əlaqədar xəbərdarlıq etmişdi.

İraqın yarı-muxtar kürd hökuməti qonşu Türkiyəyə xam neftlə onlarla tanker göndərməyə başlayıb. Xam neft emal edildikdən sonra yenidən kürd regionuna göndərilədək. Türkiyə keçən həftə İraqın şimalından gündə 10 tanker qəbul etməyə başlayıb. Tankerlərin sayının gündə 200-ə çatacağı gözlənilir.

Bu addımdan qəzəblənmiş İraqın Baş naziri Nuri əl-Məliki Ankaraya zəng edərək, razılığa dərhal son qoymağa çağırıb.




İstanbulda beynəlxalq siyasi araşdırmalar mərkəzinin direktoru Sinan Ulgen Ankaranın bu addımı atmayacağını düşündüyünü deyir.

O deyir ki, Ankara bunu əsas iki səbəbə görə etməyəcək. Onun sözlərinə görə, Məliki hökuməti ilə münasibətlər onsuz problematikdir. “Buna görə də Ankara Məlikini razı salmağa ehtiyac olmadığını düşünür, ikincisi, Ankara kürd regional hökumətin Bağdadla münasibətlərdə mövqeyini təhlükədə qoyacaq addım atmaq istəmir”-deyə Sinan Ulgen bildirir.

Kürdlər və Bağdadda ərəblərin başçılıq etdiyi hökumət arasında şimal bölgələrdə təbii ehtiyatların istismarı hüququ ilə bağlı mübahisə gedir. Rəsmi Bağdad regionun birtəfəli olaraq müqavilələr bağlamaq hüququ olmadığını və ixracın dövlətə məxsus kəmərlər vasitəsilə edilməli olduğunu bəyan edir. Kürdlər isə konstitusiyanın onlara Bağdadla məsləhətləşmədən müqavilələrə imza atmaq hüququ verdiyini bildirir.

Felah Mustafa Bakir Kürdüstan Regional hökumətinin xarici əlaqələr şöbəsinin rəhbəridir. O deyir ki, regional hökumət enerji sektorunu inkişaf etdirmək istəyirik. “Biz gündə 175 min ton barrel nef istehsal etməyə nail olmuşuq. Əvvəllər bir barrel də istehsal edə bilmirdik”-deyə Felah Mustafa Bakir bildirir.

Məsələnin mübahisəyə səbəb olmasına baxmayaraq, İraq kürdləri ABŞ-ın Exxon mobil şirkəti də daxil olmaqla beynəlxalq neft şirkətləri ilə müqavilələr bağlayıb.

Maykl Hovard İraq kürdlərinin enerji nazirinin müşaviridir. O, kürdlərin regional hökumətinin Türkiyəyə satışların potensialını anladığını deyir. O deyir ki, Türkiyənin iqtisadiyyatı durmadan inkişaf edir. “Gələn 10 ildə Türkiyə dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş 10 ölkəsindən biri olmaq istəyir. Buna görə də onlar indi enerji təhlükəsizliyini qonşu ölkələrdə ehtiyatlar vasitəsilə təmin etməyə çalışır. Türkiyə həm də əsas tarnzit yoludur”-deyə Maykl Hovard bildirir.

İllərdir Bağdad və İraq Kürdüstanı hidrokarbon qanunu adlı qanun layihəsini qəbul etməyə çalışır. Bağdad neft siyasətinin federal hökumət səviyyəsində aparılmasına və konstisiya ilə müəyyən edilmiş qanunlar əsasında ona riayət edilməsinə çalışır. Bunun əksinə olaraq, İrbil neft kontraktlarını özü imzalamaq və nefti kəmərlərlə öz şərlərinə uyğun nəql etməyi planlaşdırır.

Siyasi təhlilçilər mübahisənin həllinə ümidlərin az olduğunu deyir.

Təhlilçi Sinana Ulgen yeni qanunun qəbul edilib-edilməməsindən asılı olmayaraq, Ankaranın artıq İraq kürdlərinin enerji ehtiyalarına başlıca mənbə kimi baxdığını bildirir. Onun sözlərinə görə, Türkiyə hidrokoarbon qanunu məsələsi həll edilməsə də, neft almağa davam edəcək. “Türkiyə İraqın şimalında imkanlara enerji idxalı ilə bağlı bəzi narahatlıqların həll edilməsi məqsədilə baxır. Bu perspektivədən çıxış edərək, Türkiyə bunun gələcəkdə İrandan asılılığa bir alternativ olduğunu hesab edir”-deyə Sinan Ulgen bildirir.

Ankara Tehranın nüvə proqramı ilə bağlı beynəlxalq sanksiyalara görə qonşu İrandan enerji idxalını azaldıb. Təhlilçilər deyir ki, bu, Türkiyənin Bağdadın nə deməsindən asılı olmayaraq, İraq Kürdüstanı ilə siyasi və iqtisadi əlaqələrini gücləndirməsinə impuls verir.
XS
SM
MD
LG