Accessibility links

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan bildirib ki, Suriya ilə sərhəddə terrora son qoymaq üçün ordu çərşənbə günü Suriyanın şimalında İslam Dövləti militantlarına və kürdlərə qarşı əməliyyatlara başlayıb.

Türkiyə ABŞ-ın Suriyada dəstəklədiyi kürdlərin Türkiyənin cənub-şərqində on illərdir hökumətə qarşı döyüşən kürdlərlə əlaqəsi olduğunu iddia edir.

Əməliyyatlarda artillerya raketləri ilə yanaşı Türk hava qüvvətləri hərbi təyyarələrdən istifadə edib. İki ildir İslam Dövləti qrupuna qarşı mübarizə aparan ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri də əməliyyatları dəstəkləyib. Türkiyə ordusuna məxsus bir neçə tankın Suriya sərhədində yaraqlıları Carablus qəsəbəsindən çıxartmaq üçün döyüşlərdə iştirak etdiyi müşahidə edilib.

Əməliyyatlar Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlunun İslam Dövləti qrupunu Carablusdan çıxarılması üçün hər şey edəcəyini deməsindən bir gün sonraya təsadüf edib.

İŞİD sərhədyanı bölgələrə 2015-ci ildən bəri nəzarət edir. Lakin kürd döyüşçülər həmin ərazilərin bir çox hissəsinin nəzarətini yenidən ələ keçirib.

XS
SM
MD
LG