Accessibility links

Türkiyə İŞİD-in Suriyadakı mövqelərinə hücum edib


Turkish soldiers stand guard as a Syrian refugee boy waits behind the border fences to cross into Turkey on the Turkish-Syrian border, near the southeastern town of Akcakale in Sanliurfa province, Turkey, June 5, 2015.

Turkish soldiers stand guard as a Syrian refugee boy waits behind the border fences to cross into Turkey on the Turkish-Syrian border, near the southeastern town of Akcakale in Sanliurfa province, Turkey, June 5, 2015.

Türkiyə Silahlı Qüvvələri və koalisiya qüvvələri İŞİD hədəflərinə növbəti zərbələr endirib.

Milliyet.com yazır ki, Suriyanın Dudiyan, Cakka, Cariz, Baragidah, Kafrah, Qara Körpü və Yahmul bölgələrinə endirilən zərbələr nəticəsində 45 terrorçu zərərsizləşdirilib.

Məlumatda habelə deyilir ki, İŞİD-in 5 müdafiə mövqeyi və 1 haubitsa silahı məhv edilib.

Müxalif qüvvələrin əməliyyatı nəticəsində isə İŞİD-in Yahmul və Cariz bölgələrinə nəzarəti itirdiyi bildirilir.

Xatırladaq ki, son həftələr ərzində Türkiyə ordusu Suriya sərhədində zireh və əsgər yerləşdirib. Orada İŞİD Türkiyənin Kilis şəhərinə raketlər atırdı. Kilis şəhəri hazırda Suriyanın İslam Dövləti qrupunun nəzarəti altında olan ərazisi ilə sərhəddə yerləşir.

İslam Dövlətinin hücumlarına cavab olaraq prezident Ərdoğan bildirib ki, Türkiyənin silahlı qüvvələri İslam Dövləti qrupu ilə atəş mübadiləsindən sonra sərhədin Suriya tərəfini “təmizləməyə” hazırlaşır.

XS
SM
MD
LG