Accessibility links

Türkiyənin yardım daşıyan maşın karvanı Qəzza Zolağına yetişib


Türkiyə ilə İsrail arasında münasibətlər bərpa olduqdan bir həftə sonra Türkiyədən 10 min ton yardım daşıyan maşın karvanı İsraildən keçərək Qəzza Zolağına gəlməyə başlayıb.

Uşaq oyuncaqları, geyim, tibbi ləvazimat və ərzaqla dolu 500 yük maşınından ibarət karvanın ilk hissəsi İsrailin yoxlama məntəqəsindən keçdikdən sonra Qəzzaya daxil olub. Qarşıdakı günlər digər yük maşınlarının da Qəzzaya yetişəcəyi gözlənilir.

Yardım müsəlmanların müqəddəs Ramazan ayının başa çatması münasibətilə qeyd etdiyi Eyd Əl-Fitr bayramı ərəfəsində çatdırılır.

İsraillə Türkiyə arasında münasibətlər 2010-cu ilin may ayında İsrail dəniz donanmasının əsgərlərinin blokadada olan Qəzza Zolağına yardım daşıyan Türkiyə gəmisini saxladığı zaman əsgərlərlə türkiyəli fəallar arasında göyərtədə baş vermis qarşıdurma nəticəsində 10 türk fəalın ölməsindən sonra pozulmuşdur.

İsrail 2006-cı ildən bəri əraziyə nəzarət edən Həmas qrupunun İsrail əsgərlərini girov götürməsindən sonra Qəzza Zolağını blokadaya alıb.

İsrail blokadanın Həmasın əraziyə hərbi məqsədlər üçün istifadə ediləcək materilallar gətirməsinin qarşısını almaq üçün zəruri olduğunu bildirir. BMT isə bu iddiaları tənqid edir.

XS
SM
MD
LG