Accessibility links

Türkiyədə iki qabaqcıl jurnalist 5 il müddətinə azadlıqdan məhrum edilib.

Onlardan biri məhkəmə binası qarşısında silahlı şıxsin hücumundan xilas ola bilib. Silahlı şəxs Can Dündarı hədəf alsa da, NTV televiziya kanalının jurnalisti Yağız Senkal ayağından yaralanıb.

Biz susdurulmaq cəhdlərinə baxmayaraq, jurnalist kimi fəaliyyətimizi davam etdirəcəyik

​Cümhuriyyet qəzetinin redaktoru Can Dündar İstanbul məhkəməsi tərəfindən 5 il 10 müddətinə, Ankarada isə qəzetin büro rəisi Erdem Gül 5 il müddətinə həbsə məhkum edilib. Onların hər ikisi də dövlət sirlərini yaymaqda ittima edilib.

Həbslərin hökumətin Surayaya silah qaçaqmalçılığı barədə yazılarla bağlı olduğu deyilir.

​Məhkəmənin hökmü oxunduqdan sonra Dündar prezident Rəcəb Tayyib Ərdoğanı və hökumət tərəfdarı medianı ölkədə nifrət toxumu yaymaqda və ona qarşı hücuma yol açmaqda ittiham edib. O deyib ki, biz susdurulmaq cəhdlərinə baxmayaraq, jurnalist kimi fəaliyyətimizi davam etdirəcəyik.

Jurnalistlər hökmə dair apellyasiya məhkəməsinə müraciət edəcəklər. Proses başa çatanadək onların azadlıqda olacağı gözlənilir.

ABŞ Dövlət Departamenti Türkiyə hökumətini demokratiya və açıq cəmiyyətin əsas elementi olan azad mətbuata dəstək verməyə çağırıb.

XS
SM
MD
LG