Accessibility links

Türkiyə qüvvələri Suriyanın şimalında İŞİD-in 55 döyüşçüsünü qətlə yetirib


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Suriyanın şimalında İŞİD ekstremistlərinə qarşı mübarizə aparan Qərb qüvvələrini Türkiyə torpaqlarında cihadçı döyüşçülərə qarşı mübarizəyə yardım etməməkdə təqsirləndirir.

Bazar günü İstanbulda çıxış edən Ərdoğan deyib ki, Avropa İŞİD yaraqlılarına qarşı mübarizədə Türkiyəni tək buraxıb.

Türkiyə silahlı qüvvələri həftələrdir sərhəddə yerləşən şəhərin raket atəşlərinə tutulmasına cavab olaraq şənbə günü axşam Suriyanın şimalında İŞİD-in 55 döyüşçüsünün qətlə yetirildiyini bildirib.

Hərbi mənbələrə əsasən, Hələbdən şimalda Suran və Tal El Hisn regionları, eləcə də Baragidah və Kusakcik bölgələrində artilleriya atəşləri nəticəsində yaraqlılar qətl edilməklə yanaşı, üç raket qurğusu və üç hərbi avtomobil məhv edilib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata əsasən, bundan öncə şənbə günü ABŞ-ın başçılığı ilə koalisiya qüvvələri Suriyada İŞİD-in 48 döyüşçüsünü qətlə yetirib.

Suriyada İŞİD-in nəzarətində olan bölgə ilə Türkiyə sərhəddi yaxınlığındakı Kilis şəhəri son bir neçə həftə raket hücumlarına hədəf olub.

Kilis şəhəri Suriyadan raket hücumundan sonra
Kilis şəhəri Suriyadan raket hücumundan sonra

Kilis Suriyanın ən böyük şəhəri və beş ildir davam edən vətəndaş müharibəsində strateji əhəmiyyətə malik Hələbdən 60 kilometerlik məsafədə yerləşir.

Türkiyə silahlı qüvvələri adətən Suriyanın şimalında yaraqlıların mövqelərinə artilleriya zərbələri endirir, lakin rəsmilər İŞİD-in mobil mövqelərinin atəşə tutulmasının çətin olduğunu bildirir.

Türkiyə rəsmiləri sərhədin müdafiəsində Qərb müttəfiqlərinin köməyinə ehtiyac olduğunu bildirib.

Anadolu agentliyinin verdiyi məlumata əsasən, Kilisdə raket hücumları nəticəsində 20 nəfər həyatını itirib, təxminən 70 nəfər yaralanıb.

XS
SM
MD
LG