Accessibility links

Türkiyə baş naziri istefa verdi - yeni koalisiya yaradılacaq [Video]


AKP kiçik partiyalar arasında koalisiya yaradacaq tərəfdaş seçməlidir

Türkiyənin hakim partiyası 13 ildə ilk dəfə olaraq parlamentdə çoxluğu itirdikdən sonra baş nazir Əhməd Davudoğlu rəsmi istefasını prezidentə təqdim edib. Ədalət və İnkişaf Partiyası AKP bazar günü keçirilən seçkilərdə çoxluğu əldə edə bilmədiyinə görə kiçik partiyalar arasında AKP ilə koalisiya yaradacaq tərəfdaş seçməlidir.

Türkiyə ABŞ-ın NATO müttəfiqidir və biz yaxın siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığımızı davam etdirəcəyik

Baş nazir istefasını təqdim etmək üçün Ankarada prezident Recep Tayyip Erdoğan ilə görüşüb. Rəsmi bəyanatda prezidentin cənab Davudoğlunun istefasını qəbul etdiyi və baş nazirin yeni hökümət qurulanadək vəzifəsinin icrasını yerinə yetirəcəyi bildirilib. Lakin Türkiyə prezidenti bu barədə ictimaiyyətə heç bir açıqlama verməyib.

Baş Nazir Davudoğlu yeni koalisiya höküməti yaratmağa çalışacaq. Sağçı Milliyətçi Hərəkat Partiyası MHP-nin isə koalisiya tərəfdaşı olacağı güman edilir. Danışıqların asan keçməyəcəyi gözlənilir. Partiya lideri cənab Ərdoğanın Türkiyə konstitusiyasına zidd olaraq prezident sistemi yaratmaq istəyini tənqid edib. Prezidentin bəzi keçmiş müttəfiqləri də onun 2001-ci ildə yaranmasına kömək etdiyi AKP-ni təbliğ edən seçkiqabağı bəyanatlarını tənqid ediblər.

Əhməd Davudoğlu xanımı ilə

Əhməd Davudoğlu xanımı ilə

Müxalifət liderləri aydın şəkildə bildirib ki, koalisiya höküməti yaranacağı təqdirdə cənab Ərdoğanın müdaxilələrinə yol verməyəcəklər.

Birləşmiş Ştatlar Türkiyənin gələcək höküməti ilə əməkdaşlıq etməyi səbirsizliklə gözlədiyini bildirib.

“Türkiyə ABŞ-ın NATO müttəfiqidir və biz yaxın siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığımızı davam etdirəcəyik.”

Birləşmiş Ştatlar Türkiyənin İraq və Suriyada İslam Dövləti qrupuna qoşulmaq üçün sərhədi keçən xarici döyüşçülərin axınının qarşısını almaq səylərini alqışlasa da, Ankaranı daha çox səy göstərməyə çağırır.

XS
SM
MD
LG