Accessibility links

Türkiyə ilə kürdlər arasındakı danışıqlarda seçkilərdən öncə irəliləyiş gözlənilmir [Təhlil]


Son zorakılıqlarda azı beş nəfər həlak olub.

Son günlərdə azı beş nəfərin ölümü ilə nəticələnən qadağan edilmiş Kürdüstan Fəhlə Partiyası (PKK) və Türkiyə hərbi qüvvələri arasındakı qarşıdurma iyun ayında keçiriləcək parlament seçkilərindən öncə uzun-müddətli sülh prosesini şübhə altına alır. Bəzi müşahidəçilər toqquşmaların Rəcəb Tayyip Ərdoğanın partiyasının səslərini artırmaq üçün türklərin milliyətçi hisslərinə hesablanmış strategiyasının bir hissəsi olduğunu iddia edirlər. Hökümət rəsmiləri otuz ildir davam edən qiyama son qoyulmasına qarşı çıxan sərt xətt təmayüllü kürdləri ordunu təhrik edərək sülh prosesinə mane olmaqda günahlandırıb.

Baş nazir Əhməd Davutoğlu hücumları Türkiyə demokratiyasına hədə adlandırıb.
Baş nazir Əhməd Davutoğlu hücumları Türkiyə demokratiyasına hədə adlandırıb.

Bazar günü baş nazir Əhməd Davudoğlu partiya tərəfdarlarına bildirib ki, “hücumlar Türkiyə demokratiyasını və seçkiləri hədəf alıb”.

“Ölkəmizdəki sülhü dağıtmağa və danışıqları sabotaj etməyə çalışan separatçı terrorçu təşkilat millətimizin təhülkəsizliyini qoruyan qüvvələrimizə hücum edib," deyə Prezident Rəcəb Tayyib Ərdoğan isə bildirib.

Əksəriyyəti kürdlərin təşkil etdiyi qanuni solçu Xalqların Demokratik Partiyası (HDP) döyüşün hökümət tərəfindən uydurulmuş və “planlaşdırılmış” olduğunu iddia edib.

Ölkəmizdəki sülhü dağıtmağa və danışıqları sabotaj etməyə çalışan separatçı terrorçu təşkilat millətimizin təhülkəsizliyini qoruyan qüvvələrimizə hücum edib.
Rəcəb Tayyib Ərdoğan

İstanbulda keçirilən seçki mitinqində HDP-nin sədrlərindən biri Selahattin Demirtaş ordu ştabını hakim İslamçı Xalq və Ədalət Partiyasına (AKP) işləməkdə günahlandırıb. “Ordu ölkənin ordusudur, bir partiyanın deyil,” deyə o, bildirib.

Apreil 11-də Ağrı qarşıdurması 12 saat davam edib. Uuzn zamandır mübarizə verən sülh prosesində son həftələr ərzində eniş-yoxuşlar yaşanıb. Mart ayında hökümətlə məhbəsdən danışıqlar aparan PKK lideri Abdullah Öcalanın üç il öncə elan olunan de fakto atəşkəsi rəmsiləşdirməsindən sonra sülh prosesi ilə bağlı ümidlər artmışdı.

Öcalanın məktubundan bir neçə gün oncə isə prezident Ərdoğan ölkədə kürd probleminin olduğunu danıb.

Kürd nümayişçilər əllərində PKK-nın həbsdə olan lideri Abdullah Öcalanın portretlərini tutublar.
Kürd nümayişçilər əllərində PKK-nın həbsdə olan lideri Abdullah Öcalanın portretlərini tutublar.

Balıkəsir əyalətində çıxış edən prezident Ərdoğan kürdlərin ölkənin qalan hissəsi ilə eyni hüquqa malik olduqlarını və daha heç nəyə ehtiyacları olmadıqlarını iddia edib.

Onun sözləri müxalif siyasətçilərin və hətta öz hökumətinin nazirlərinin sərt tənqidinə səbəb olub.

Ərdoğanın kürdlərin istəklərini rədd etməsinə baxmayaraq, ötən həftə PKK hərbi lideri Cemil Vayık Almaniya televiziyasına qrupun döyüşməkdən yorulduğunu və artıq Türkiyə ərazisində müstəqil kürd dövlətinin olmayacağını qəbul etdiyini deyib.

PKK-nın başçılığı altında kürd qiyamı 1984-cü ildə başlayıb və indiyədək 40 min insanın ölümünə səbəb olub.

XS
SM
MD
LG