Accessibility links

Kürd faktorunun Türkiyədə koalisiya hökümətinin təşkilinə təsirləri


Son rəy sorğularının nəticələrinə görə, türklərin əksəriyyəti kürdlərlə sülh prosesini dəstəkləyir

Dayandırılmış kürd sülh prosesi Türkiyədə koalisiya hökümətini yaratmaq səylərinə böyük maneə törədir. Kürdlərin qonşu Suriyada İslam Dövlətinə qarşı əldə etdikləri irəliləyişlər də koalisiya yaratmaq səylərinə təzyiq göstərir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Əhməd Davutoğludan koalisiya höküməti yaratmasını istəyəcəyi gözlənilir. Uzaq sağçı Milliyətçi Hərəkat Partiyası (MHP) və mərkəz-sağçı Cümhuriyyət Xalq Partiyası (CHP) isə iki mümkün tərəfdaşdır.

AKP böyük sayda kürd səslərini itirməkdə davam edə bilməz. Ona görə də onlar mühafizəkar kürdlərin dəstəyini almağa çalışacaqlar

Kadir Has universitetinin beynəlxalq əlaqələr üzrə eksperti Soli Özel deyir ki, Türkiyənin PKK kürd üsyançı qrupu ilə üç ildir davam edən sülh prosesi koalisiya yaratmaq səylərində böyük rol oynayır.

“MHP-nin ilk şərti, bəlkə də yeganə şərti, heç bir süllh prosesinin olmamasıdır. Milli Məclisin himayəsi altında sülh prosesinin davam etdirməyə çalışan CHP üçün isə bu prosesin davam etmə şəkli koalisiya protokolunun bir hissəsini təşkil edə bilər.

Türkiyənin hakim Ədalət İnkişaf Partiyası 30 ildən artıqdır daha geniş hüquqlar uğrunda mübarizə aparan PKK ilə sülh prosessini başladıb. Nəticədə saziş əldə olunub, lakin sülh prosesi dayandırılıb.

Ekspertlər deyir ki, bu, mühafizəkar kürdlərin AKP-yə dəstəyinə son qoydu və nəticədə partiya iyunun 7-də keçirilən seçkilərdə parlamentdəki çoxluğu itirdi.

Marmara universitetinin siyasi təhlilçisi Yüksel Taşkın AKP lideri Davutoğlunun partiyasının uğurlarının sülh prosesinə bağlı olduğunu bildiyini deyir.

“Mən sülh prosesinin dayandıralacağını düşünmürəm. AKP böyük sayda kürd səslərini itirməkdə davam edə bilməz. Ona görə də onlar mühafizəkar kürdlərin dəstəyini almağa çalışacaqlar. Amma burada bir Ərdoğan faktoru da var. O, Türkiyə silahlı qüvvələrinin bir cür təzyiq göstərməsini istəyir ki, Suriya kürləri regionda sərbəst hərəkət edə bilməsinlər. “

Prezident Ərdoğan Suriya Kürdlərinin Demokratik İttifaq Partiyasının Türkiyənin cənub sərhədində İslam Dövlətinə qarşı əldə etdikləri hərbi qələbələri şiddətlə qınayıb.

Cənab Ərdoğan Suriya kürdlərini PKK ilə əlaqələri olmasında ittiham edib və iyunun 26-da elan edib ki, Türkiyə Suriya Kürd dövlətinin yaranmasına icazə verməyək.

Türkiyə höküməti heç bir hərbi əməliyyatın olmayacağını istisna etməyib, baxmayaraq ki, ölkənin generalları belə bir addımım əleyhinədirlər. Bundan əlavə Tehran da Ankaraya müdaxilə etməməsi barədə xəbərdarlıq edib.

Cümhuriyyet qəzeti və AL-Monitor vebsaytının diplomatik köşə yazarı Semih İdiz deyir ki, prezident Ərdoğan ictimaiyyətin Suriya kürdlərinin əldə etdikləri qələbələrlə bağlı düşüncələrini səhv anlayır.

Türkiyədə vəziyyət elədir ki, hökümət özü bilavasitə və ya vasitəçi yolu ilə PKK ilə danışıqlar aparır. Ona görə də PKK ilə danışıqlar apardığı müddətdə PKK-ya bağlı qrupları ləkələmək və ya böhtan atmaq insanlara inandırcı gəlməz

“Bəli, onlar bir qədər nahatdırlar, çünki Suriya kürdlərini PKK-nın tərəfdaşı kimi görürlər. Lakin digər tərəfdən Türkiyədə vəziyyət elədir ki, hökümət özü bilavasitə və ya vasitəçi yolu ilə PKK ilə danışıqlar aparır. Ona görə də PKK ilə danışıqlar apardığı müddətdə PKK-ya bağlı qrupları ləkələmək və ya böhtan atmaq insanlara inandırcı gəlməz.”

Həbs olunmuş PKK lideri Abdullah Öcalan və qonşu İraqdakı kürd liderlər Suriya kürdlərinə qarşı hərbi əməliyyatın sülh prosesiə mane olacağı barədə xəbərdarlıq ediblər. Lakin Özel deyir kİ, Xalqın Demokratik Partiyasının (HDP) parlamentə seçilməsi bütün çətinliklərə baxmayarq sülh prosesinin dayandırılmayacağını göstərir.

“Mən bu prosesin uzun müddət davam edəcəyini düşünmürəm. PKK-nin yenidən silahlara əl atacağına inanmıram, amma HDP Milli Məclisdə mübarizə aparacaq. Buna görə də mən süllh prosesinin tamamilə dayandırılacağına inanmıram.”

Son rəy sorğularının nəticələrinə görə, türklərin əksəriyyəti kürdlərlə sülh prosesini dəstəkləyir. İqtisadçılar isə Suriyaya hərbi müdaxilənin Türkiyə iqtisadiyyatına risk təşkil edəcəyi barədə xəbərdarlıq edir.

XS
SM
MD
LG