Accessibility links

Türkiyədə media azadlığı ilə bağlı narahatlıqlar artır [Təhlil]


15 iyul hərbi çevriliş cəhdindən sonra 20,000-ə yaxın insan saxlanıb və ya həbs olunub. Aparılan reydlərin hökuməti tənqid edən media üzvlərini də əhatə etməsi narahatlıqlara səbəb olub.

Çevriliş cəhdindən bəri 29 jurnalist həbs olunub və onlarla jurnalist saxlanılıb.

Türkiyə parlamentini bombalayan və hakimiyyəti ələ keçirməyə çalışan çevrilişə cəhd edən hərbçilər idi. Onların mənimlə və digər jurnalistlərlə nə əlaqəsi var?

Jurnalist Cəfər Solğun bağlanan 100-dən çox media agentliklərindən birində işləyir. Solğun nəyə görə o və onun kimi jurnalistlərin hədəf alındığını başa düşməyə çalışır.

“Türkiyə parlamentini bombalayan və hakimiyyəti ələ keçirməyə çalışan çevrilişə cəhd edən hərbçilər idi. Onların mənimlə və digər jurnalistlərlə nə əlaqəsi var?”

Prezident Rəcəb Tayyib Ərdoğan hədəf alınanların ABŞ-da yaşayan dini xadim Fətullah Gülənlə əlaqəsi olduğunu deyir. O, Güləni pərəstişkarlarının gizli şəbəkəsindən istifadə edərək çevrilişə cəhd göstərməkdə günahlandırır.

Türkiyədə çevriliş cəhdinin iflasa uğramasından bəri görünməmiş repressiya dalğası yaşanılır.
Türkiyədə çevriliş cəhdinin iflasa uğramasından bəri görünməmiş repressiya dalğası yaşanılır.

Türkiyə rəsmiləri Güləni milli və yerli media agentliklərindən istifadə edərək hərbi çevrilişi dəstəkləməkdə ittiham edir. Gülən bütün iddiaları rədd edir və çevriliş cəhdinin motivlərinin sual meydana gətirdiyini deyir.

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Təşkilatından Nina Oqnianova deyir ki, mediada həbslərin ölçüsü narahatlıq doğurur.

“Bu ölkənin təhlükəsizliyini qorumağı niyyətini aşır. Görünür ki, cənab Ərdoğan və AKP hökuməti çevriliş cəhdindən istifadə edərək mətbuatda, hökumətdə və müxalifət sıralarında təmizləmə aparmaq istəyir.”

Bu tənqidlər Ankara tərəfindən rədd edilir və hədəf alınan media agentliklərinin və jurnalistlərin Gülənlə əlaqəsi olduğu deyilir.

Kürd siyasətçi Səlahəttin Dəmirtaş kürdpərəst və solçu jurnalistlərin saxlanılmasını tənqid edib. Türkiyənin Qərb müttəfiqləri baş verənlərdən narahatdır.

Bu narahatlıqlar Ərdoğan tərəfindən rədd edilir və tənqidçilərin çevriliş törətmək istəyənlərlə əlbir olduğunu deyilir.

Ərdoğanın xarici əlaqələr üzrə təmsilçisi Ayişə Sözen Usluer həbsləri müdafiə edir və görülən tədbirləri Birləşmiş Ştatlarda 11 sentyabrdan sonra terroristlərə qarşı əməliyyatlarla müqayisə edir.

Təhlilçilər deyir ki, ölkədə qorxu getdikçə artır və əməliyyatlar bütün tənqidçiləri hədəf ala bilər.

“9/11 dən sonra, sizdən soruşuram, Quantanomada şübhəlilər saxlanılırdı. Onlar məhkəmə qərarından sonra həbs olundular? Onlar şübhəliydilər. Buna görə də Türkiyədə hazırda həbslər baş verir.”

Prezident Ərdoğan ölkədə fövqəlada hal elən edərək, öz səlahiyyətlərini genişləndirib. Təhlilçilər deyir ki, ölkədə qorxu getdikçə artır və əməliyyatlar bütün tənqidçiləri hədəf ala bilər.

XS
SM
MD
LG