Accessibility links

Hüquq mühafizə orqanları 170 məhkəmə əməkdaşını həbs etmək niyyətindədir

Türkiyə polisi İstanbul məhkəmələrində reyd keçirib. Hərbi çevriliş cəhdindən sonra represiyalar davam edir. Hökumətin apardığı təmizləmə Qərb ölkələri ilə münasibətlərin gərginləşməsinə səbəb olur. Ankara deyir ki, Qərb represiyaların ötən ay baş vermiş və 240 insanın ölümü ilə nəticələnmiş çevriliş cəhdindən daha təhlükəli olduğunu düşünür.

Polis İstanbulun 3 əsas məhkəmə binasının girişini möhürləyib. Hüquq mühafizə orqanları 170 məhkəmə əməkdaşını həbs etmək niyyətindədir.

Məhkəmə binasının otaqlarında axtarış aparılıb və onlarla insan saxlanılıb. Saxlanılanlar çevriliş cəhdinin arxasında olduğu iddia edilən ABŞ-da yaşayan türk din xadimi Fətullah Gülənin tərəfdarı olmaqda günahlandırılırlar. Gülən çevriliş cəhdi ilə bağlı bütün ittihamları rədd edir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fətullah Gülənlə əlaqəsi olan hər bir kəsin qarşısını alacağına söz verib.

“Xainləri mühakimə etmək və FETÖ-yə son qoymaq bizim təxirəsalınmaz vəzifəmizdir,” deyə o bildirib.

Ötən həftə 648 hakim və prokuror həbs edilib. Minlərlə digər məhkəmə əməkdaşı işdən azad edilib.

XS
SM
MD
LG