Accessibility links


Türkiyə məhkəməsi kövrək sülh prosesini pozmağa cəhd edərək, yaraqlılarla əlaqəsi olmaqda şübhəli bilinən iki kürd qanunvericisini sərbəst buraxdıqdan bir gün sonra, şənbə günü daha üç kürd qanunvericinin həbsxanadan azad edilməsi haqda qərar verib.

Məhkəmənin qərarı Avropa İttifaqı və insan haqları qruplarının Türkiyədə müttəhimlərin uzun məhkəmə proseslərilə əlaqədar tənqidlərinə cavab kimi qiymətləndirilir.

Diyarbəkir şəhərinin hakimi Kürd Sülh və Demokratiya partiyasından millət vəkilləri Selam İrmakand və Feysəl Sarıyıldız, eləcə də müstəqil siyasətçi Kemal Aktaşın konstitusiya məhkəməsinin onların seçkili rəsmilər kimi hüquqlarının pozulmasını bildirməsindən sonra azad edilməsi haqda qərar verib.

Cümə günü Diyarbəkir məhkəməsi 2011-ci ildə Kürd Sülh və Demokratiya partiyasından parlamentdə yer qazanmış, lakin Kürdüstan Fəhlə partiyası PKK-nın silahlı yaraqlılarını dəstəkləməkdə ittiham edilərək, nəzarətdə olan Gulser Yıldırım və İbrahim Ayhanın azad edilməsi haqda qərar çıxarmışdı.

PKK-ın 28 il bundan əvvəl başladığı separatçı fəaliyyəti nəticəsində 40 mindən çox insan həyatını itirib.

Türkiyə, Birləşmiş Ştatlar və Avropa İttifaqı 1984-cü ildə Türkiyənin cənub-şərqində ayrı dövlət qurmaq məqsədilə silaha əl atan PKK-nı terrorçu təşkilat kimi tanıyır. Lakin təşkilat son zamanlar tələblərini dəyişərək, əsas məqsədinin Türkiyədə daha geniş muxtariyyət, mədəni və siyasi hüquqlar qazanmaq olduğunu bildirib.

PKK keçən il mart ayında əldə edilmiş razılığa əsasən, atəşkəsə ümumilikdə əməl etsə də, islahatların ləng getməsindən narazını bildirərək, öz döyüşçülərini İraqın şimalına yerləşdirmək vədini yerinə yetirməyib.

Beş millət vəkilinin azad edilməsi Ankara və PKK arasında sülh danışıqlarının canlandırılmasına kömək edə bilər.
XS
SM
MD
LG