Accessibility links

Amnesty International: Dünya boyu həbs olunan jurnalistlərin üçdə biri Türkiyədədir


Amnesty International Türkiyə hökümətini mediaya qarşı təqibi dayandırmağa və həbsdə olan jurnalistləri azadlığa buraxmağa çağırır.

“Hazırda Türkiyə digər ölkələrlə müqayisədə ən çox jurnalist həbs edən ölkədir. Dünya boyu həbs olunan jurnalistlərin üçdə biri Türkiyədədir”, deyə insan haqları qrupununun bəyanatında bildirirlir.

Təqiblərə son qoyulmalıdır. Jurnalistlərin işlərini görmələrinə icazə verilməlidir, çünki jurnalistika cinayət deyil.

“Təqiblərə son qoyulmalıdır. Jurnalistlərin işlərini görmələrinə icazə verilməlidir, çünki jurnalistika cinayət deyil,” deyə bəyanatda qeyd edilib.

Ötən il baş verən çevriliş cəhdindən sonra prezident Rəcəb Tayyib Ərdoğan höküməti çevriliş cəhdində iştirak etdiyi güman edilənlərə qarşı təqiblərə başlayıb. Nəticədə on minlərlə müəllim və dövlət qulluqçusu işdən çıxarılıb.

Bir çox ordu zabiti ilə yanaşı jurnalistlər və fəallar da həbs olunub.

Türkiyə höküməti atdığı adımları müdafiə etsə də, beynəlxalq ictimaiyyətin bir çox üzvləri Ərdoğan hökümətini rəqiblərini hədəf almaq və ölkədə insan haqlarını aradan qaldırmaq üçün çevriliş cəhdidən vasitə kimi istifadə etməkdə günahlandırır.

Bu ayın əvvəli ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bu məsələyə toxunub:

“Biz Türkiyəni ölkədə ifadə azadlığı, ədalətli mühakimə hüququ, məhkəmə müstəqilliyi və digər vacib azadlıqları təmin edib, onlara hörmət etməyə çağırırıq. Biz həmçinin ifadə azadlığı, söz azadlığı və mətbuat azadlığının demokratiyanı gücləndirdiyinə və bu səbəbdən də qorunmalı olduğuna inanırıq”, Toner əlavə edib.

Rəcəb Tayyib Ərdoğan

Rəcəb Tayyib Ərdoğan

Beynəlxalq ictimaiyyətin davamlı tənqidlərinə baxmayaraq, Türkiyə jurnalistləri hədəf almağa davam edir.

Türkiyə parlamentinin üzvü Cumhuriyyət Xalq Partiyasından Utku Cakırözer Amerikanın Səsinə bildirib ki, hökümətin jurnalistlərə qarşı təqibi nəticəsində medianın 90 faizi hökümətin nəzarəti altındadır.

“Bütün xarici hesabatlarda mətbuat azadlığı sahəsində Türkiyənin dünyanın ən pis ölkəsi olduğu deyilir. Bir çox journalist işsizdir. Türkiyədə artıq qorxu mühiti yaranıb,” o bildirib.

Türkiyədə mətbuata qarşı təzyiqlər tənqidi müstəqil medianın məhvinə gətirib çıxaracaq. Bunun isə təkcə Türkiyə deyil, Türkiyənin beynəlxalq tərəfdaşları üçün də viranedici təsirləri olacaq.

Çakırözer həmçinin əlavə edib ki, hazırda Türkiyədə 153 jurnalist həbsdədir.

Jurnalistlərin Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Nina Oqnyanova Türkiyədə mətbuat azadlığı ilə bağlı narahatlığını ifadə edib.

“Türkiyənin beynəlxalq tərəfdaşları ölkənin liderinə mətbuat və ifadə azadlığı ilə bağlı təzyiq göstərməlidir”, o deyib.

Oqnyanova əlavə edib ki, əgər təqiblər davam etsə, çox qısa müddət sonra Türkiyədə müstəqil media qalmayacaq.

“Türkiyədə mətbuata qarşı təzyiqlər tənqidi müstəqil medianın məhvinə gətirib çıxaracaq. Bunun isə təkcə Türkiyə deyil, Türkiyənin beynəlxalq tərəfdaşları üçün də viranedici təsirləri olacaq”, Oqnyanova deyib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG