Accessibility links

Türkiyədə kürd tərəfdarı iki nazir istefa verib


Avropa İttifaqı ilə işlər üzrə nazir Əli Haydar Konca (solda) və İnkişaf naziri Müslüm Doğan
Avropa İttifaqı ilə işlər üzrə nazir Əli Haydar Konca (solda) və İnkişaf naziri Müslüm Doğan

Türkiyədə müvəqqəti hökumətdə iki nazir ölkənin cənub-şərqində Kürd üsyançıları və hökumət qüvvələri arasında döyüşlərin davam etdiyi bir vaxt istefa verib.

Kürd tərəfdarı Xalqların Demokratik Partiyası HDP-nin üzvü olan Avropa İttifaqı ilə işlər üzrə nazir Əli Haydar Konca və İnkişaf naziri Müslüm Doğan noyabrın 1-i seçkilərdən öncə hakim Ədalət və İnkişaf partiyası ilə gərginliyin artdığı bir vaxt hökumətdə vəzifələridən gedib.

Əli Haydar Konca istefa verdiyini elan etdikdən sonra müxbirlərə deyib ki, son iki ayda hökumətin kürd üsyançılarına qarşı hərbi hücumları xüsusilə kürd şəhərlərində vəziyyətin olduqca ağır həddə çatmasına səbəb olub.
Konca hökuməti 1990-cı ildə ölkədə hərbi vəziyyətin elan edildiyi dövrdə olduğu kimi "müharibə məntiqi"ndən istifadə etməkdə ittiham edib.

Onun sözlərinə görə, "polis, əsgərlər, üsyançılar, qadınlar, uşaqlar və yaşlıların həyatını itirməsi" onu göstərir ki, "prezident hakimiyyəti və iqtidarda olan Ədalət və İnkişaf partiyası bu müharibənin daha genişmiqyaslı xarakter alacağına işarə edir".

HDP bildirib ki, təkcə bu ay əsas etibarilə kürdlərin yaşadığı Cizre şəhərində təhlükəsizilk qüvvələrinin əməliyyatları nəticəsində 20-dən çox mülki vətəndaş həyatını itirib. Hökumət əməliyyatlar zamanı 32 yaraqlının qətlə yetirildiyini və bir nəfər mülki vətəndaşın həyatını itirdiyini bildirib.

Kürd millətçi hərəkatının qolu olan HDP-nin iyun ayında partlament seçkilərində səslərin 13 faizini alması Ədalət və İnkişaf partiyasının əksəriyyət əldə etməsinə mane olmuşdu. Prezident Rəcəb Tayyib Ərdoğan o zamandan HDP-yə qarşı tənqidlərini artırmışdır.

XS
SM
MD
LG