Accessibility links

Türkiyə Niderlandın "qəbuledilməz davranış"ına cavab veriləcəyi ilə hədələyir


Türkiyənin baş naziri Binəli Yıldırım Ankaranın Niderlandın xarici işlər naziri Çavuşoğlunun ölkəyə buraxılmaması, başqa nazirinin isə ölkədən çıxarılması kimi "qəbul edilməz davranış"ına "ən sərt şəkildə" cavab veriləcəyini bildirib.
Bununla yanaşı, Türkiyə rəsmiləri Niderlandın Ankaradakı səfirliyini bağlayaraq, səfirin ölkədə xoş qəbul olunmadığını bildirib.

Bazar günü Niderland iğtişaş polisi Rotterdamda Türkiyə nazirlərinə qarşı addımlara etiraz edən Türkiyə hökumətinin tərəfdarları ilə toqquşub.

Toqquşmadan öncə təxminən iki min nəfər etirazçı Niderlandın ikinci ən böyük şəhəri olan Rotterdamda Türkiyə konsulluğunun qarşısına toplaşıb. Etirazçılar aprel ayında referendum yolu ilə prezidentlik səlahiyyətlərinin artırılmasına çalışan pezident Rəcəb Tayyib Ərdoğanın Ankara hökumətinə dəstək bildərib.

Polis Türkiyə konsulluğunun qarşısındakı etiraz aksiyasını dağıtmağa çalışıb. Fransa xəbər agentliyinin verdiyi məlumata görə, polis qüvvələri kütləni geri çəkilməyə məcbur etmək üçün gücdən istifadə edib.

Niderlandın iğtişaş polisi Rotterdamda Ərdoğan tərəfdarı nümayişçiləri Türkiyə konsulluğunun qarşısından çıxarır
Niderlandın iğtişaş polisi Rotterdamda Ərdoğan tərəfdarı nümayişçiləri Türkiyə konsulluğunun qarşısından çıxarır

Ərdoğanın qəzəbli reaksiyası

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin Niderlandda enişinə icazə verilməməsi Avropa İttifaqında Türkiyədəki referendumun keçirilməsinə artan narazılıqlarla əlaqədardır.

Prezident Ərdoğan bu addımı qınayaraq, Türkiyənin NATO üzrə tərtəfdaşı olan Niderlandı "nasist qalığı" adlandırıb.

Çavuşoğlu hadisənin baş verməsindən sonra Niderlanda qarşı "bütün lazımi ölçülərin götürüləcəyini"deyib. O bundan öncə Niderlanda qarşı iqtisadi və siyasi sanksiyalarla hədəlyib.

Çavuşoğlunun təyyarəsinin enişinə icazə verilməməsi və Ərdoğanın qəzəbli reaksiyasından sonra dövlətə məxsus Anadolu agenliyi Türkiyə hökumətinin daha bir üzvü olan Fatma Betül Sayan Kayanın iştirakı nəzərdə tutulan mitinqin təxirə salınmasına baxmayaraq, Almaniyadan Nederlanda daxil olduğu haqda məlumat verib.

Nederlandın iğtişaş polisi Rotterdamda Türkiyə konsulluğu qarşısında etiraz aksiyasını dağıdır
Nederlandın iğtişaş polisi Rotterdamda Türkiyə konsulluğu qarşısında etiraz aksiyasını dağıdır

Nazir geri qaytarılıb

Vəziyyət Kayanın Rotterdamkı Türkiyə konsulluğuna daxil olmasına icazə verilməməsindən sonra daha da gərginləşib. Yüzlərlə etirazçı bu zaman konsulluq qarşısında Türkiyə bayraqlarını dalğalandıraraq, onu görmək istədyini bildirib.

"Rotterdamda konsulluqdan 30 metr aralıda idik və bizim oraya daxil olmağımıza icazə verilmədi"-deyə o, Tvitter səhifəsindən yazıb.

Niderland rəsmiləri Kayanı Almaniya sərhədinə qədər müşayiət ediblər.

Fransa xəbər agentliyi Rotterdamın meri Əhməd Abutalibin sözlərinə istinadən Kayanın gəldiyi ölkəyə geri qaytarıldığı haqda məlumat verib.

Nümayişçilər İstanbulda Nederland konsulluğu qarşısında Türkiyə bayraqları dalğalandırır
Nümayişçilər İstanbulda Nederland konsulluğu qarşısında Türkiyə bayraqları dalğalandırır

Avropa İttifaqında referendum narahatlıqları

Avropa İttifaqının bir sıra üzvləri Avropada yaşayan həmvətənləri Türkiyədəki referendumda səs verməyə çağırmaq üçün Türkiyə nazirlərinin səfərlərinə etiraz edir. Avropa rəsmiləri bunu kampaniya nəticəsində Türkiyənin özündə gərginliklə əlaqələndirir.

Ankara Avropada yaşayan və işləyən milyonlarla türkün Ərdoğanın səlahiyyətlərinin artmasına dəstək verməsinə çalışır.

Avropa ölkələri keçən il dövlət çevrilişi cəhdindən sonra 40 mindən çox insanı həbs edən Türkiyə hökumətinin götürdüyü kursla bağlı narahatlıqlarını ifadə edib. Avropa İttifaqı referendumun Ərdoğana demokratiyanın zəiflədilməsi üçün daha da artıq səlahiyyətlər verəcəyindən ehtiyat edir.

Esseks universitetində təhlilçi Kamran Mətinin fikrincə, gərginliklərə baxmayaraq, Avropa ölkələri, xüsusilə də Almaniya üçün Türkiyə ilə münasibətlərin yaxşı səviyyədə qalması mühümdür.

"Türkiyə geo-siyasi baxımdan təkcə Avropa ölkələri üçün deyil, bütün Qərb bloku üçün xüsusilə də Rusiyanın nüfuzunu artırdığı bir dövrdə mühüm ölkə və regionda mühüm oyunçudur."

Rəsmi Berlin Türkiyə ilə diplomatik münasibətlərin referendumdan sonra yaxşılaşacağına ümid etdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG