Accessibility links

Türk ordusu: Ölkənin nəzarəti bizdədir


Türkiyə silahlı qüvvələri ölkədə hakimiyyəti ələ keçirdiklərini elan ediblər. Baş nazir Binəli Yıldırım baş verənləri “qeyri-qanuni" adlandırıb. Prezident Rəcəb Tayyib Ərdoğan xalqı küçələrə çıxmağa səsləyib. Ancaq son məlumatlara görə İstanbul və Ankara küçələrində sakitlikdir.

Silahlı qüvvələrin komandanlığı bəyanat yayaraq demokratik nizam və insan haqlarını qorumaq üçün hökumətə nəzarəti tamamilə ələ keçirdiyini bildirib.

Küçələrə çıxın və onların cavabını verin.
Rəcəb Tayyib Ərdoğan

Türkiyə paytaxtı Ankarada bir sıra adamların girov götürüldüyü xəbər verilir.

Dövlətə məxsus Anadolu xəbər agentliyi baş qərargahlar rəisinin saxlananlar arasında olduğunu bildirir.

Etibarlı mənbələrə əsaslandığını bildirən agentlik General Hulusi Akarın hərbi qüvvələr tərəfindən girov götürüldüyünü elan edib.

Ərdoğan Ankaraya qayıdacağını bəyan edir.
Ərdoğan Ankaraya qayıdacağını bəyan edir.

Xairzmatik lider Ərdoğanın rəhbəriyi altında 2003-cü ildə hakimiyyətə gəldikdən bəri İslam təmayüllü Ədalət və İnkişaf Partiyası (AKP) Türkiyəni dünyəvi köklərindən uzaqlaşdırmağa səy göstərib. Bu müddət ərzində əvvəlcə baş nazir sonra isə prezident olan Ərdoğan əleyhdarları tərəfindən Türkiyənin siyasi quruluşunu dəyişmək məramında və avtoritarizmə meyl göstərməkdə ittiham edilir.

Müasir Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün qurduğu ordu tarixən ölkədə dünyəvi nizamın qoruyucusu kimi tanınıb.

XS
SM
MD
LG