Accessibility links

Türkiyə Pakistandan Gülənlə bağlı məktəbləri bağlamasını istəyir


Türkiyə rəsmiləri Pakistana keçən həftə Türkiyədə hərbi çevriliş cəhdində əli olduğu iddia edilən Fətullah Gülənlə bağlı təhsil müəssisələri və biznes şirkətlərinin bağlanması üçün təzyiqləri artırıb.

İslamabad rəsmiləri şənbə günü Gülənlə bağlı təhsil müəssisələrinə qarşı inzibati ölçülərin götürülməsi ilə bağlı "bəzi variantları" nəzərdən keçirdiklərini açıqlayıb.

Ankara isə baş tutmamış çevriliş cəhdindən sonra təzyiqləri artırıb.

"Türkiyə dost ölkədir və biz onların naharatlıqlarını müfaviq şəkildə qanuna uyğun olaraq nəzərə almalıyıq"-Pakistan xarici işlər nazirliyinin nümayəndəsi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hazırda ABŞ-da yaşayan din xadimini qiyamda ittiham edərək, onun ekstradisiyasını tələb edir. Lakin Gülən çevriliş cəhdində əli olduğunu inkar edib, rəsmi Vaşinqton isə buna dair dəlillərin təqdim edilməsini istəyib.

"Türkiyə dost ölkədir və biz onların naharatlıqlarını müfaviq şəkildə qanuna uyğun olaraq nəzərə almalıyıq"-deyə Pakistanın xarici işlər nazirliyinin adının açıqlanmasını istəməyən yüksək səviyyəli nümayəndəsi Amerikanın Səsinin İslamabadın Türkiyənin tələblərinə təmin edib-etməyəcəyi ilə bağlı sualın cavabında bildirib.

Pakistanda minlərlə gənc ölkədə Gülənin 20 ildən artıqdır fəliyyət göstərən kommersiya şəbəkələrinə qoşulub. Bu, PAKTÜRK Beynəlxalq Məktəblər və Kolleclər şəbəkəsidir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfdarları üzərində ABŞ-da yaşayan din xadimi Fətullah Gülən haqda "hərbi çevrilişə cəhd etmiş vətən xaini" sözləri yazılmış portretini tutub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfdarları üzərində ABŞ-da yaşayan din xadimi Fətullah Gülən haqda "hərbi çevrilişə cəhd etmiş vətən xaini" sözləri yazılmış portretini tutub

Bununla yanaşı, Gülən ölkədə Rumi forum adlı ayrı bir qurum təsis edib. Araşdırma mərkəzi kimi fəaiyyət göstərən bu mərkəz mədəniyyətlərarası və intellektual dialoqun aparılması məqsədilə Türkiyədən Pakistan universitetlərində dərs demək üçün alimləri dəvət edib, eyni işi Türkiyədə pakistanlı həmkarlarla görürdü.

Pakistan rəsmisi Gülənlə əlaqədar məktəblərin tamamilə bağlanmasının nəticələri olacağını etiraf edib, lakin "münasib bir həll yolunun" tapılacağına ümidini ifadə edib.

"Türkiyədən istədiyimiz odur ki, bu məktəblərin fəaliyyətini təmin etmək üçün bir qurum göstərsinlər. Məktəblərin bağlanması təhsil və tələbələrə zərər verə bilər. Buna görə də idarəçiliyin dəyişilməsi daha yaxşı həll yoludur" deyə o bildirib.

Pakistan rəsmisi bu açıqlamaları Türkiyənin səfiri Sadiq Baburun Gülən qrupunun Pakistanda "böyük mövcudluğu" olduğunu deməsindən sonra verib. Səfir Ankaranın dost ölkələrdən bu fəaliyyətlərin qarşısını almağa çağırdığını deyib.

"Türkiyədən istədiyimiz odur ki, bu məktəblərin fəaliyyətini təmin etmək üçün bir qurum göstərsinlər. Məktəblərin bağlanması təhsil və tələbələrə zərər verə bilər. Buna görə də idarəçiliyin dəyişilməsi daha yaxşı həll yoludur"-Pakistan rəsmisi

İslamabadda müxbirlərlə danışan səfir bildirib ki, Türkiyə Pakistan rəsmiləri ilə yaxın əlaqələr saxlayır və bütün sahələrdə yaxşı səviyyədə əməkdaşlıq mövcuddur.

Prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövrü Türkiyənin Pakistanla münasibətlərinin dərinləşdiyi və genişləndiyi müşahidə edilir.

Baş nazir Nəvaz Şərif qardaş ölkə adlandırdığı Türkiyədə hərbi çevriliş cəhdini dərhal pisləyib və Pakistanın Ərdoğana tam dəstəyini ifadə edib və onunla həmrəyliyini bildirib.

Gülənin təhsil şəbəkəsi Türkiyədə hərbi çevriliş cəhdində əli olmadığını nümayiş etdirərək, Türkiyədə heç bir siyasi fiqur, ya da hərəkatla əlaqəsi olmadığını bildirib. ​

Öz veb səhifəsində açıqladığı mesajda təhsil şəbəkəsi qeyri-siyasi, xeyriyyəçi təşkilat kimi Pakistanda inkişaf və təhsil sahələrində fəaliyyət göstərdiyini bildirib.

Tənqidçilər həmçinin Rumi Forumunun bu həftə mesaj açıqlanarkən Gülənin adını öz səhifəsindən yığışdırdığını qeyd edərək, bunun qrupa qarşı təzyiqlərin artdığına işarə etdiyini bildirib.

XS
SM
MD
LG