Accessibility links

Roma Papası Fransisin ermənilərin kütləvi şəkildə qətlinin 100 illiyinə həsr edilmiş mərasimdə "soyqırım" ifadəsini işlətməsindən sonra Türkiyə Vatikandakı səfirini geri çağırıb.

Ankara bildirib ki, səfir Mehmet Pacacı hökumət rəsmiləri ilə məsləhətləşmələr aparmaq üçün vətənə qayıdır.

Rəsmi Ankara Roma Katolik Kilsəsinin Türkiyədəki nümayəndəsinə dərin təəssüf hissi keçirdiyini və Papanın bu addımı Vatikanla münasibətlərdə inamsızlıq yaratdığını bildirib.

-----------------------

1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin qətlə yetirilməsinin 100 illiyi ilə bağlı Vatikanda keçirilən mərasimdə danışan Roma papası Fransis “soyqırım” kəlməsi işlədib. Bu ifadə Vatikanla Türkiyə arasında münasibətləri gərginləşdirə bilər.

“Ötən əsrdə bizim bəşəriyyət presedenti olmayan 3 kütləvi faicə yaşayıb. Onlardan birincisi çoxluq tərəfindən “20-ci əsrin ilk soyqırımı” adlandırılır, erməni xalqının başına gəlib” - deyə Roma Papası bildirib.

Papa 20-ci əsrin digər iki böyük faciəsi kimi nasizm və stalinizmin adını çəkib.

O, “bəşəriyyətin günahsız insanların qanının axıdılmasına son qoymaqda aciz olduğunu” deyib.

Mərasimdən dərhal sonra Türkiyə Vatikan nümayəndəsini Xarici İşlər Nazirliyinə çağıraraq Papa Fransisin “soyqırım” ifadəsi işlətməsinə etirazını bildirib.

Monqolustanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu isə Tvitterdəki hesabından Papanın dediklərinə münasibət bildirib. "Papanın tarixi və hüquqi gerçəklərdən uzaq bəyanatı qəbuledilməzdir. Dini məqamlar əsassız ittihamlarla kin və nifrəti qızışdırmaq yeri deyildir" - deyə o, bildirib.

XS
SM
MD
LG