Accessibility links

Türkiyə müxalifəti dini təmayüllü seçiciləri cəlb edir [Video]


Türkiyə müxalifəti dini təmayüllü seçiciləri cəlb edir
please wait

No media source currently available

0:00 0:03:00 0:00

Türkiyə müxalifəti dini təmayüllü seçiciləri cəlb edir

Cümhuriyyət Xalq Partiyası seçkilərdən öncə imic dəyişikliyi edir.

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) iyunun 7-də keçiriləcək seçkilərdən öncə imic dəyişikliyi edir. CHP artıq bir neçə dəfə partiyanı dinin düşməni kimi qələmə verən hakim Ədalət və İnkişaf Partiyasına (AKP) məğlub olub. Türkiyənin qərbində yerləşən və CHP-nin dayağı sayılan İzmir şəhərinin ənənəvi dünyəviliyini qorumaqla yanaşı partiyaya yeni seçicilər cəlb etməyə çalışır.

Parlament nüməyəndəsi Selin Sayek-Böke dünyəviçilik tərəfdarı CHP partiyasının yeni üzvlərindən biridir. Əvvəlki kampaniyalardan fərqli olaraq Böke diqqəti iqtisadiyyata yönəldir.

Biz sosial-demokratik partiya olduğumuzu bildirmək üçün səylər göstəririk. Sosial-demoktatik partiya hər dinlə, hər irqlə eyni məsafə saxlamağı təbliğ edir
Selin Sayak-Böke

“Biz düşünürk ki, iqtisadi ismarıc göndərmək və daha yaxşı ictimai idarəçilik vədləri vermək əhali üçün çox vacibdir.”

Sayek-Böke isə diqqətini və mesajını daha çox kiçik sahibkalara və hakim AK Parti-nin ənənəvi seçicilərinə yönəldir. CHP dizel yanacaqlarına tətbiq olunan vergiləri azaldacağını vəd edir və durğun iqtisadiyyatı canlandırmağa yönəlmiş təkliflər irəli sürür.

Bu mesajların bizneslərin durğunluğundan şikayət edən bəzi ticarətçilərə müsbət təsir göstərdiyi sezilir.

CHP-nin sabit sekulyarizm tərəfdarı imicinindən qurtulmaq məqsədilə aparıcı reklam şirkətləri partiya üçün kampaniya mesajları tərtib edirlər.

Ancaq dünyəvi Türkiyənin banisi Mustafa Kamal Atatürkün CHP-nin üzvü olması və partiyanın yaxın tarixədək dinlə məşğul olmağı məhdudlaşdırması məsələ olaraq qalır.

“CHP Türkiyədə din praktikasını məhdudlaşdırıb. Bəzən hətta baş örtüyü geyməyi belə qadağan edib. Ona görə bəzi insanlar hələ də CHP-yə etimad etmirlər,” deyə sosiologiya üzrə professor Betül Durmaz bildirir.

CHP
CHP

Partiya hakim İslamçı AK partiyanın CHP ilə bağlı anti-islam iddialarına etiraz edir.

Böyük dünyəvi əhaliyə malik İzmir CHP-nin dayaq nöqtəsidir və partiyanın keçmiş sekulyar siyasəti şəhərdəki seçicilər tərəfindən çox müsbət qarşılanıb. Lakin namizəd Sayek-Böke deyir ki, partiyanın yeni plüralist mesajı dünyəvi əqidəsindən döndüyünü göstərmir.

“Biz sosial-demokratik partiya olduğumuzu bildirmək üçün səylər göstəririk. Sosial-demoktatik partiya hər dinlə, hər irqlə eyni məsafə saxlamağı təbliğ edir. Həqiqətən də, Türkiyə dini və irqi ayrılıqlara görə bir neçə hissəyə bölünüb. Biz isə onları birləşdirmək istəyirik.”

İzmirdə Sayek-Böke və digər CHP namizədləri Türkiyənin dindar əhalisi arasında partiyaya dəstəyi artırmağa çalışırlar. Eyni zamanda isə partiyanın ənənəvi dəstəkçilərini də itirmək istəmirlər. CHP-nin bu məqsədə çatmaqdakı müvəffəqiyyəti seçicilərinin sayını artıra bilib-bilməyəcəyini müəyyən edəcək.

XS
SM
MD
LG