Accessibility links

Bu gün noyabrın 1-i Türkiyədə növbədənkənar parlament seçkiləri keçirilir. Prezident Rəcəb Tayyip Ərdoğan, əvvəlki dövlət başçısı Abdulla gül və HDP lideri Demirtaş bu gün İstanbulda səs veriblər. Ərdoğan səsvermə zamanı açıqlamasında "sabitlik"dən, Abdulla Gül isə "əmin-amanlıq istəyindən danışıb. Gələcəyi müəyyən etməyin xalqın əlində olduğunu deyən Dəmirtaş isə insanları seçkilərdə iştiraka çağırıb.

Əvvəlki seçkidən sonra koalisiya hökuməti qurula bilməyən Türkiyədə son 5 ay aradan sonra yenidən səsverməyə gedib. Müxalifətin koalisiyanın qarşısını aldığını bildirən cənab Ərdoğan həyat yoldaşı və övladları ilə səs verdikdən sonra mətbuata kiçik açıqlama verib.

Səsverməyə Türkiyə vaxtı ilə saat 08.00-da (Bakı vaxtı ilə saat 09.00) start verilib.

Ali Seçki Şurasının elan etdiyi rəqəmlərə görə, bu seçkidə ölkə daxilində 54, ölkə xaricində isə 3 milyon nəfər seçici səs verəcək. Bu il iyunun 7-də keçirilmiş parlament seçkisi ilə müqayisədə ölkə daxilindəki seçicilərin sayı 310, xaricdəki seçici sayı isə 28 min nəfər artıb. Oktyabrın 10-da Türkiyənin xaricdəki diplomatik missiyalarında başlayan səsvermə ayın 25-də başa çatıb. Ali Seçki Şurası ölkənin Şərq və Cənubi-Şərq bölgələrindəki bəzi vilayətlərdə səsvermənin saat 16:00-da başa çatmasını qərarlaşdırıb. Seçkinin ilk nəticələri Türkiyə vaxtı ilə saat 20.00-da (Bakı vaxtı ilə 21.00) elan ediləcək.

XS
SM
MD
LG