Accessibility links

Hökumət mənbələrinin bildirdiyinə görə, Türkiyənin şərqində əsasa etibarilə kürdlərin yaşadığı bölgənin ən böyük şəhəri olan Diyabakirda kürd yaraqlıları və təhlükəsizlik qüvvələri arasında toqquşma zamanı iki polis işçisi öldürülüb, üç polis nəfəri yaralanıb.

Bazar günü səhər fəaliyyəti qadağan olmuş Kürdüstan Fəhlə Partiyası PKK-nin yaraqlıları şəhərin Sur rayonunda PKK tərəfindən qazılmış xəndəklərə yaxınlaşan polis qüvvələrinə qumbara atıb.

Təhlükəsizlik qüvvələri hava qüvvələrinin dəstəyi ilə yaraqlılara qarşı əməliyyata başlayıb. Vilayət qubernatoru ərazidə qadağan saatı tətbiq edərək,sakinlərin evlərində qalmasını əmr edib.

Bu, iyul ayında PKK və Türkiyə hökuməti arasında iki il sürən atəşkəsin pozulmasından sonra ölkənin şərq bölgələrini bürümüş zorakılıqlar silsiləsində növbəti insidentdir. Tərəflər atəşkəsin pozulmasına görə bir-birini günahlandırıb.

Rəsmilərin bildirdiyinə görə, o vaxtdan hər gün baş verən zorakılıqlardan Türkiyə təhlükəsizlik qüvvələrinin 70-dən çox üzvü və yüzdən artıq kürd yaraqlısı öldürülüb.

XS
SM
MD
LG