Accessibility links

Etirazlar Türkiyədə siyasi problemləri alovlandırır [Təhlil]


PKK terrorist qrupu tərəfindən öldürülən türk əsgərlərin dəfn mərasimində nazirlərin iştirak etməsi etirazların artmasına səbəb olub. Bəzi dəfn mərasimləri AKP-nin güclü olduğu şəhərlərdə keçirilib. Təhlilçilər deyir ki, etirazlar PKK ilə yenidən başlayan döyüşlər nəticəsində prezident Rəcəp Tayyip Ərdoğan və AKP partiyasına qarşı artan narazıçılıqdır. Bu noyabr ayında gözlənə seçkilərdə partiya üçün problemə çevrilə bilər.

PKK tərəfindən öldürülən əsgərin dəfn mərasiminə qatılan nazir “Qatil prezident, qatil AKP partiyası” şüarlarıyla üzləşib. PKK ilə mübarizənin yenidən başlaması nəticəsində bənzər etirazlar başqa əsgərlərin də dəfn mərasimində baş verib.

Beynəlxalq əlaqələr üzrə ekspert Soli Özəl deyir ki, prezident və AKP partiyası ola bilsin düzgün hesablama aparmayıb.

Soli Özəl: “AKP və prezidentin dəfn mərasimlərindən istifadə etməsi, düşünürəm ki, həm hakimiyyətdə olanlara, həm də PKK-ya qarşı böyük qəzəb meydana gətirib.”

İki il davam edən sülh razılaşmasından sonra PKK ilə mübarizənin yenidən başlaması AKP partiyasının iyun ayında keçirilən parlament seçkilərində çoxunluğu itirməsindən sonraya təsadüf edir. Prezident Ərdoğanın erkən seçkilər keçirilməklə AKP partiyasının yenidən əksəriyyətini bərpa etməsi arzusu kiçik sirrin üstü açılmış oldu. Bu ictimaiyyətdə hərbi əməliyyatların arxasında nə yatır kimi şüphələrin böyüməsinə səbəb olub, deyə Cümhuriyyət qəzetinin köşə yazarı Semih İdiz bildirir.

Semih İdiz: “Birdən çox köşə yazarı iddia edir ki, hökumətin niyyəti ictimaiyyəti təşvişə salmaqdır. Beləliklə erkən seçkilər olacaq və xalq stabilliyi AKP partiyası gətirəcək düşünərək onlara səs verəcək.”

Təhlükəsizlik qüvvələrinin əvvəlki dəfn mərasimləri türk millətçiləri və anti-PKK-lıların hisslərinin səsləndirdiyi yer olub. “Kürdlərə ölüm” şüarı həmin dəfn mərasimlərində qeyri-adi səslənmirdi.

Bəzi görüşlər milliyətçi MHP partiyası nəticəsində seçki qutularında AKP partiyasının səslərinin az da olsa artdığını deyir. Ancaq təhlilçilər xəbərdarlıq edir ki, ölümlər davam etsə, AKP və prezident münaqişənin artmasından məsul tutularsa, noyabr ayında keçiriləcək erkən seçkilər onlara baha başa gələcək.

XS
SM
MD
LG