Accessibility links

Türkiyənin Suruç şəhərində təşkil edilən intiharçı hücumu nəticəsində iki polisinin ölümündən sonra bu gün daha bir hücum həyata keçirildiyi bildirilib. Kilis qəsəbəsində sərhədin Suriya tərəfindən açılan atəş nəticəsində bir əsgər həlak olub. Diyarbəkirdə yol polisinə qarşı həyata keçirilən hücum isə bir polis işçisinin həyatına son qoyub.

Kilisin Elbəyli bölgəsindəki sərhəd ərazisində hərbi məntəqə hücuma məruz qalıb. Açılan ilk atəş nəticəsində bir kiçik çavuş həlak olub, iki baş çavuş isə yaralanıb. Atəşin açıldığı ərazi hazırda İslam Dövlətinin nəzarətindədir. Hadisədən sonra Türkiyənin silahlı qüvvələri güclü cavab verib. Yaralı baş çavuşlar hazırda müalicə alırlar. Atəşə cavab verilməsi tərəflər arasında qarşıdurmaya gətirib çıxarıb. Fasilələrlə davam edən qarşıdurmada bir İŞİD yaraqlısının öldürüldüyü bildirilir. Hücumda yaralanan əsgərlər hospitala çatdırılıb.

Diyarbakırdakı hadisədə isə Yenişehir Mahalı Şəhidlik istiqamətində baş verən bir yol qəzasına müdaxilə edən polislər iki naməlum silahlının hücumuna məruz qalıb. Polislərdən biri başından, digəri isə bədəninin müxtəlif yerlərindən yaralanıb. Xəstəxanaya qaldırılan polislərdən Tansu Aydının həyatını xilas etmək mümkün olmayıb. Yaralı polis Ali Karahan isə əməliyyata alınıb. Hadisə şahidi Mahmud Aslan qəhvəxanada oturduğu zaman 5-6 dəfə güllə səsi eşitdiyini və çölə çıxdığını deyib. "İki polis yerdə yatırdı, hücumçuları görə bilmədik. Səhiyyə qruplarını və polisi çağırdıq" - deyə o bildirir.

Hücum ilə əlaqədar yazılı şərh verən Diyarbakır Təhlükəsizlik Müdirliyi hücumçuların iki maskalı adam olduğunu açıqlayıb. Hücumçuların tutulması üçün bölgədə əməliyyat başladılıb. Dünən Şanlıurfada evlərində öldürülən iki polisə hücumun məsuliyyətini PKK öz üzərinə götürmüşdü.

XS
SM
MD
LG