Accessibility links

Türkiyə təhlükəsizlik qüvvələrinin mənbələrinə əsasən, ölənin cənub-şərqində ayrı-ayrı iki hücumda üç polis işçisi həlak olub. Bu, hökumət qüvvələri və kürd yaraqlıları arsında həftələrdir sürən toqquşmalardan sonra sonuncu belə insidentdir.

Veilən məlumata görə, iki polis işçisi Şirnak şəhərində polis yoxlama postu yaxınlığında maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində həlak olub. Təhlükəsizlik qüvvələri şübhəliləri vertolyot vasitəsilə təqib edib və yaraqlılara atış açaraq onların ikisini qətlə yetirib.

Başqa polis işçisi isə Diyarbakır vilayətinin Silvan rayonunda PKK yaraqlılarının raket hücumu nəticəsində həlak olub.

Son həftə ərzində Türkiyə təhlükəsizlik qüvvələri Cizrə şəhərində genişmiqyaslı hərbi əməliyyatlar keçirib. Şənbə günü doqquz günlük qadağan saatının aradan qaldırılmasından sonra sakinlər şəhərdə dağıntıların şahidi olub.

Şəhərin bəzi sakinləri bir həftə sürən əməliyyatlar nəticəsində qadınlar və uşaqlar daxil olmaqla 25 adamın öldüyünü bildirir. Onların hadisələrlə bağlı verdiyi məlumatlar təsdiq edilməyib.

Amerikanın Səsinin Türk xidmətinin müxbiri Türkiyənin İraq və Suriya ilə sərhədi yaxınlığında yerləşən şəhərdə hər küçədə bomba atılmış binaya rast gəldiyi haqda məlumat verib.

Cizrə təhlükəsizlik qüvvələrinin şəhəri ələ keçirmiş PKK-nın gənclərdən ibarət silahlı qruplarına qarşı əməliyyatları zamanı bir həftədən artıq müddət ərzində dünyadan təcrid olunmuşdu.

Şəhəri mühasirəyə almış təhlükəsizlik qüvvələri kürd tərəfdarı HDP-nin partlamentdə üzvləri də daxil olmaqla bir həftə oraya giriş və çıxışa icazə verməyib.

XS
SM
MD
LG