Accessibility links

Türkiyənin cənub-şərqində 16 kürd yaraqlısı öldürülüb


Türkiyənin cənub-şərq bölgəsində yaraqlıların hərbi konvoya hücumundan sonra baş verən atışmada 16 kürd üsyançısının öldürüldüyü bildirilir.

Türkiyə rəsmilərinin bildirdiyinə görə, bu gün fəaliyyətinə qadağa qoyulmuş PKK üsyançılarının İran və İraqla sərhəd yaxınlığındakı Hakkari bölgəsində yol kənarına yerləşdirdikləri bombaların partladılması nəticəsində 5 türk əsgəri ölmüş, 7-si yaralanmışdır.

Bundan sonra ordu əlavə qüvvələrdən və vertolyotlardan istifadə edərək, yaraqlıların mövqelərini hədəf almışdır.

Rəsmilər bazar ertəsi Suriya ilə sərhəddəki Qaziantepdə 9 nəfərin ölümü ilə nəticələnən bomba hücumunda PKK yaraqlılarının əli olduğunu desə də, həmin qurum bu hücumun məsuliyyətini öz üzərinə götürməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG