Accessibility links

Türkiyə sülh danışıqlarına kürd islamçı qrupunu daxil etməyi düşünür


Huda-Par kimi tanınan Azad Səbəb Partiyası zorakı kürd Hizbullah qrupunun qoludur

Türkiyə höküməti ölkənin əsas kürd separatçı partiyası olan Kürdüstan Fəhlə Pariyası (PKK) ilə sülh danışıqlarına Kürd İslam partiyasını da daxil etmək istəyir. Bu uzun zamandır davam edən qəddar düşmənçiliyin canlanmasına səbəb olacaq.

Huda-Par kimi tanınan Azad Səbəb Partiyası zorakı kürd Hizbullah qrupunun qoludur. Huda-Par 1990-cı illərdə PKK ilə hakimiyyət uğrunda mübarizə aparıb və nəticədə Türkiyənin cənubunda sui-qəsd və bomba hücumları nəticəsində yüzlərlə insan həlak olub. İdeoloji baxımdan iki partiya çox fərqlidir. PKK dünyəvi və solçu, Huda-Par isə islamçıdır.

“Hökümət PKK ilə silahları yerə qoymaq üçün danışıqlar aparıb müsbət nəticə əldə edə bilər. Ancaq hökümət kürd problemini tamamilə həll etmək istəyirsə, onda kürd qruplarının hər birisi danışıqlarda iştirak etməlidir,”-deyə Huda-Parın sözçüsü Səid Şahin bildirib.

Türkiyə hökümət rəsmiləri və mətbuatı bu dəlillə daha çox razılaşmağa başlayıblar. Türkiyənin islamçı hökümətinin baş nazirinin müavini Bülent Arınc bu yaxınlarda Huda-Parın liderləri ilə görüşüb. Onları “imanlı kürd dostları” adlandırdıqdan sonra cənab Arınc qrupun proqramını tərifləyib və bunun çox vacib olduğunu bildirib. “Bu partiyanın həm ölkədəki problemlər, həm də kürd məsələsinin həllində deməyə çox sözü var.”

“Bu partiyanın həm ölkədəki problemlər həm kürdlərin məskunlaşma məsələsi barədə deməyə çox sözü var”-Türkiyə baş nazirinin müavini Bülent Arınc

“PKK rəsmiləri Huda-Par partiyasını danışıqlara cəlb etmək fikrini rədd edir və Türkiyə əhalisinin 18 faizini təşkil edən 14 milyon kürdün yeganə nümayəndəsi olduğuna təkid edirlər. Adını açıqlamaq istəməyən Türkiyə rəsmisi "Huda-Parın hər bir məsələdə söz haqqı var və biz o haqqı necə təmin edəcəyimizi düşünürük” deyib.

PKK Türkiyə hökümətinin onların rəqibi ilə danışıqlar aparmaq haqda motivlərinə dərin şübhə bəsləyir.

1990-cı illərdə PPK və Türkiyə dövləti arasında müharibə gedən zaman Livandakı Hizbullah şiə hərəkatı ilə əlaqəsi olmayan və yaradıldığı vaxt İran tərəfindən yardım edilən Kürd Hizbullah qrupunun Türkiyənin cənub-şərqində mühakiməsiz cinayətlər törətmək üçün Türkiyə təhlükəsizlik qüvvələrindən təlimat aldığına dair iddialar var idi. PKK döyüşçüləri rəqiblərini Mərkəzi Kəşfiyyat Agentliyinin Nikaraquada dəstəklədiyi üsyançılar kimi “kontras” adlandırmağa başlayıb və bildirib ki, Türkiyənin hərbi kəşfiyyat xidməti onlardan1984-cw ildə başlayan kürd separatçı qiyamına qarşı diversant kimi istifadə edib.

1992-ci ildə türkiyəli jurnalist Halit Güngen kürd Hizbullahı və Tükiyə kəşfiyyatı arasında əlaqə olduğunu və buraya hərbi təlimlərin daxil olduğunu iddia etdiyi üçün öldürülüb. PPK lideri Abdullah Ocalanın ələ keçirilməsindən və Hizbullahın lideri Hüseyin Velioğlunun 2000-ci ildə İstanbulda polis reydi zamanı öldürülməsindən sonra qrup bir sıra dəyişikliklər edərək Huda-Par siyasi partiyasını yaradaraq siyasi meydana qayıdıb.

PKK döyüşçüləri

PKK döyüşçüləri

Ötən il bələdiyyə seçkiləri zamanı partiya cənub-şərqdə yerləşən Batman şəhərində səslərin 8, Diyarbakırda isə 4 faizini alıb.

Bəzi təhlilçilər bildirir ki, Rəcəb Tayyib Ərdoğanın hakim partiyası AKP-nin Huda-Par partiyasını təbliğ etməsinin sülh danışıqları ilə əlaqəsi yoxdur, əksinə bunun səbəbi iyunda keçiriləcək parlament seçkilərində PKK-nı dəstəkləyən Xalqların Demokratik partiyasının (HDP) səslərinin qarşısını almaqdır.

Parlamentdə çoxluğu qazanıb ölkəni prezident sisteminə doğru aparan konstitusiya islahatı tətbiq etmək istəyən Ərdoğan üçün bu səsvermə çox vacibdir. Belə bir hal isə yalnız HDP 10 faiz limitini keçməsə baş verə bilər.

Hökumət nazirlərinin Huda-Par partiyasını təbliğ etməsi rəqib kürdlər arasında gərginliklərin artmasına səbəb olub.

Oktyabr ayında Huda-Par partiyasının üzvləri Türkiyənin cənub-şərqində hökümətə qarşı etiraz askiyaları keçirən PKK dəstəkçilərinə qarşı döyüşüblər. Etirazlara səbəb hökumətin Suriyanın Kobani şəhərinin islamçı militanatlar tərəfindən mühasirəsinə son qoymaq üçün qoşun göndərməmək qərarı olub. Polisin verdiyi məlumata görə, Diyarbakırda isə partiya üzvləri PKK-nin dəstəkçilərini güllələyərək iki nəfəri öldürüb

Diyarbakırın meri Gültan Kısanak bu hadisəni “hökümətin B planı” adlandırıb və bildirib ki, onların məqsədi PKK-nı cəzalandırmaq olub.

Lakin zorakılıqlar hər iki tərəfdə mövcuddur. PKK-nin gənclərdən ibarət qolu Tvitter hesabları vasitəsilə tərəfdarlarını Huda-Para partiyasına qarşı hücümlara çağırıb. Bununla yanaşı, oktyabr ayında Bingöl şəhərində altı nəfərin ölümünə səbab olan silahlı hücumun arxasında da PKK fəallarının olduğu güman edilir.

XS
SM
MD
LG