Accessibility links

Türkiyə polisi insan alverinə görə bir nəfəri saxlayıb. Yanvarın 30-da Türkiyə sahillərində batan qayıqda uşaqlar daxil olmaqla, azı 39 qaçqın həlak olub. Onlar Yunanıstana keçmək istəyən miqrantlar olub.

Rəsmilər Ayvacik kurortu yaxınlığında 75 nəfərin xilas olunduğunu bildirilsə də batan qayıqda qalanların olduğu istisna edilmir.

Ölənlərin Əfqanıstan, Suriya və Birmadan olduğu bildirilir.

Beynəlxalq Miqrasiya Təşkilatı təkcə yanvarda Yunanıstana keçməyə çalışan 250-dən çox insanın həlak olduğunu bildirir. Ötən il isə 805 nəfər ölüb.

Ötən il dəniz yoluyla Avropaya 1 milyondan artıq qaçqın keçib.

Hazırda Türkiyədə 2.5 milyon suriyalı qaçqın var.

XS
SM
MD
LG