Accessibility links

Türkiyədə müsəlman qadınlar üçün jurnalın populyarlığı artır [Video]


Türkiyədə son illər iqtisadi inkişaf nəticəsində moda sənayesi durmadan inkişaf edir. Əhalinin böyük hissəsinin gənclərdən ibarət olduğu Türkiyədə bu tendensiyanın gücləndiyi şəratidə gənc islamçı qadınlar üçün nəzərdə tutulan Ala jurnalının da populyarlığı durmadan artır.

İstanbulun beşulduzlu mehmanxanalarından birində moda jurnalı üçün foto sessiya keçirilir. Ala jurnalı başı örtülü qadınlar üçün nəzərdə tutulub.



Nəşr olunmağa başladığı bir il ərzində jurnal Türkiyənin moda dünyasında sensasiya yaratmışdır. Jurnalın abunəçilərin sayı da durmadan artır.

Ala jurnalının redaktoru 24 yaşlı Hulya Aslan deyir ki, dərgi həyatda alternativ axtaran mühafizəkar qadınlar üçün nəzərdə tutulubı. Onun sözlərinə görə, jurnal onları təmsil etməyə bilər, lakin burada qadınları maraqlandıran məsələlərlə bağlı məlumatlar verilir.

Jurnal Türkiyədə Baş naziri Rəcəp Tayyib Ərdoğanın islam yönlü Ədalət və İnkişaf partiyasının hakimiyyəti dövrü çiçəklənməkdə olan islmaçı orta sinfə mənsub xanımlar üçün nəzərdə tutulub.

Partiya qadınlar üçün universitetlərdə baş örtüyünə dair qadağanı yümgülləşdirmişdi. Bu qadağa Hülya Aslanı təhsildən məhrum etmişdi.

İslam meylli bəzi qəzetlər jurnalı tənqid edərək, onun müsəlman qadınlarına münasib olmadığını yaıb. Lakin Ala jurnalı dini baxışları və modaya münasibət arasında balans yaratmağa çalışan müsəlman qadınların yeni nəslini təmsil edir.

Jurnalın moda məsələləri üzrə redaktoru Tuba Tunc deyir ki, o, başını örtsə də, müasir və gözəl görünmək istəyir.

İstehlakçı bumunun yaşandığı Türkiyədə Ala jurnalının dövriyyəsi 200 min nüsxəyə çatır. İstanbulun küçələrində dizayner baş örtüyü örtən gözəl xanımların sayı da artmaqdadır.

Türkiyənin moda dünyasında özünə yer tapmış olan jurnalın təsisçiləri hazırda televiziyada moda şousu yaratmağı, eyni zamanda, ərəb ölkələri və müsəlman əhalisi çox olan Avropa ölkələrində jurnalın nəşri haqda düşünür.
XS
SM
MD
LG