Accessibility links

Türkiyədə bomba hücumunda iki polis işçisi həlak olub


Türkiyənin cənub-şərqində Qaziantep şəhərində polis qərargahı qarşısında bombanın partlaması nəticəsində iki polis zabiti həlak olub, 22 adam yaralanıb.

Türkiyə mediaası Qaziantep regionunun qubernatoru Ali Yerlikayaya istinadən yaralananların çoxunun polis zabitləri olduğu haqda məlumat verib.

NTV televiziyasına nümayiş etdirilmiş video görüntülərdə hadisə yerində yaranmış qarışıqlıq səhnələri, bombanın partlaması nəticəsində dağıntılar göstərilib.

Türkiyənin altıncı böyük şəhəri olan Qaziantep əhalisinin sayı 1,5 milyondur. Şəhər Suriya sərhədində İŞİD-in nəzarət etdiyi ərazinin 55 kilometrliyində yerləşir. Qaziantep Suriyada müharibədən qaçan insanların məkunlaşdığı mərkəzə çevrilib.

Bugünkü hücuma görə məusliyyəti öz üzərinə götürən olmasa da, cihadçılar bu il İstanbulda buna oxşar hücumlar həyata keçirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG