Accessibility links

Türkiyə seçiciləri iki bərabər hissəyə bölünüb


Bu bazar Türkiyə seçiciləri referendumda iştirak edərək, hökümət idarəçiliyinin parlamentar sistemdən prezidentlik sisteminə keçməsilə bağlı “hə” və ya “yox” qərarı verəcəklər. Bu məsələ ölkəni iki yerə bölüb.

Tənqidçilər prezident Ərdoğanı diktatura yaratmaq istəyində ittiham edirlər. Dəyişiklik tərəfdarlar isə bildirirlər ki, bu islahat ölkə vətəndaşların mənafeyi üçün edilir.

“Hə” tərəfdarları, bildirirlər ki, prezidentlik səlahiyyətlərini artırılması sabitliyə zəmanət verərək, ölkədəki demokratiyanın güclənməsinə kömək edəcək.

“Yox” tərəfdarları üçün konstitusiya islahatı prezidenti hakimiyyətin digər qanadları ilə müqayisədə daha çox gücü edərək, ölkənin diktatorluğa çevrilmək ehtimalını artıracaq.

Müşahidəçilər bildirirlər ki, “hə” təşviqatçıları kampaniyalarını prezident Ərdoğanın şəxsiyyəti üzərində qurublar. Onların fikrincə, “hə” seçimi Erdoğana gördüyü işləri davam etməyə kömək edəcək.

Hansı tərəfin qalib gələcəyi haqda proqnoz vermək çox çətindir. Rəy sorğularına görə, hər iki tərəfin dəstəyi demək olar ki, eynidir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG