Accessibility links

Ankara və Moskva arasında gərginlik İstanbulda boğazdan keçid məsələsini gündəmə gətirib [Təhlil]


Keçən ay Türkiyənin Rusiyaya məxsus hərbi təyyarəni vurmasından sonra Moskva və Ankara arasında artan gərginlik Bosfor və Dardanel boğazlarından istifadə məsələsi ilə bağlı narahatlıqların artmasına səbəb olub. Boğaz xüsusilə Suriyada yerləşən hərbi bazaya təchizatın daşınmasında Rusiya üçün həm ticarət, həm də hərbi baxımından əhəmiyyətlidir.

Türkiyənin 30km. uzunluğunda Bosfor bogazı İstanbulu ikiyə ayırır. Boğaz Qara dəniz vasitəsilə beynəlxalq sulara çıxış yoludur.

Rusiya yanacağının böyük hissəsi boğazdan keçərək Suriyadakı qüvvələrini təmin edir. Buna görə də Ankara və Moskva arasında gərginliyin artması əsas məsələyə çevrilib.

Təqaüddə olan səfir Murat Bilhan xəbərdarlıq edir ki, Bosfor boğazından istifadəyə məhdudiyyətin qoyulması Ankara üçün variant ola bilər.

Əgər Rusiya ilə gərginlik artsa Türkiyə bu variantdan istifadə edə bilər. Çünki Montre Razılaşmasına əsasən əgər Türkiyə münaqişənin bir tərəfi olsa, digər tərəfin boğazdan keçməsinə qadağa qoya bilər. Lakin bu variantdan istifadə etmək əlbəttə təhlükəlidir.

Murat Bilhan: “Əgər Rusiya ilə gərginlik artsa Türkiyə bu variantdan istifadə edə bilər. Çünki Montre Razılaşmasına əsasən əgər Türkiyə münaqişənin bir tərəfi olsa, digər tərəfin boğazdan keçməsinə qadağa qoya bilər. Lakin bu variantdan istifadə etmək əlbəttə təhlükəlidir.”

Bosfor və Dardanel boğazı. Türkiyə.

Bosfor və Dardanel boğazı. Türkiyə.

Bosfor və Dardanel boğazından istifadə 1936-ci ildə imzalanmış Montre Konvensiyası ilə zəmanətə alınıb. Ankara heç vaxt boğazdan istifadəyə qadağa qoymayıb. Lakin Rusiya mətbuatı Türkiyə rəsmilərinin bilərəkdən gəmilərin boğazdan keçməsini gecikdirdiyini iddia edir. Ankara isə bu ittihamları rədd edir.

İstanbul Şah Universitetində politoloq Cengiz Aktar deyir ki, Ankaranın boğazlardan Moskvaya qarşı istifadə etməsinin yarada biləcəyi təhlükə il bağlı xəbərdarlıq edir.

Bu, böyük beynəlxalq gərginlik meydana gətirəcək. Lakin biz Ankaranın necə reaksiya verəcəyini bilmirik.

Cengiz Aktar: “Bu, böyük beynəlxalq gərginlik meydana gətirəcək. Lakin biz Ankaranın necə reaksiya verəcəyini bilmirik.”

Müşahidəçilər deyir ki, boğazlardan istifadə edərək, müdaxilənin nəticəsi Montre

Rusiya hərbi gəmisi Bosfor boğazını keçərkən.

Rusiya hərbi gəmisi Bosfor boğazını keçərkən.

​Konvensiyasının yenidən yazılması ilə nəticələnə bilər ki, Ankara bunu etmək istəməz. Lakin gərginliyin keçən həftə daha da artdığı müşahidə olunur. Mediada yayılan fotoda Rusiya hərbi gəmisində əsgərlərdən birinin çiynində yer-hava tipli raket vuranla dayandığı görülüb. Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu bu hadisəni provokasiya adlandırıb.

Sabiq səfir Bilhan boğazlarda nəqliyyatı dayandırmaq üçün Ankaranın boğazda nəqliyyatın qarşısını almaq üçün ətraf-mühitin çirklənməsi variantından da istifadə edə biləcəyini deyir.

Murat Bilhan: “Böyük tankerlər boğazlarda təhlükə yaradır, xüsusilə də İstanbul üçün. İstanbulun 18 miliyon əhalisi var.”

Ekspertlər deyir ki, Moskva və Ankaranın Suriya vətəndaş müharibəsində fərqli tərəfləri tutması və boğazların Rusiyanın Suriyadakı bazaları üçün əsas təchizat yolu olması ilə bölgədə gərginliyin hələ davam edəcəyi gözlənir.

XS
SM
MD
LG