Accessibility links

Türkiyə Rusiya pilotunun cəsədini qaytarır


Moskvada Ordunun Baş Qərargahı qarşısında polkovnik-leytenant Oleq Peşkov və dənizçi Aleksandr Pojıniçin şəkilləri yerləşdirilib
Moskvada Ordunun Baş Qərargahı qarşısında polkovnik-leytenant Oleq Peşkov və dənizçi Aleksandr Pojıniçin şəkilləri yerləşdirilib

Türkiyə keçən həftə Türkiyə silahlı qüvvələrinin vurduğu Rusiya təyyarəsinin paraşütlə düşən zaman ölən pilotunun cəsədini qaytardığını bildirib.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu pilotunun cəsədinin Türkiyəyə gətirildiyini və cəsədin Pravoslav qaydalarına uyğun olaraq dəfnə hazırlandığını deyib.

Rusiya və Suriya hərbi qüvvələri təyyarənin ikinci pilotunu xilas edə bilib, lakin ikinci pilot xilasetmə əməliyyatı zamanı həlak olub.

Rusiya təyyarəsi Suriyanın şimalında üsyançıların nəzarətində olan ərazidə düşüb. Türkiyə və Rusiya təyyarənin uçuş istiqaməti ilə bağlı fərqli fikirlər söyləyir. Türkiyə Rusiya təyyarəsinin onun hava hövzəsini pozduğunu, Rusiya isə təyyarənin Suriya ərazisini tərk etmədiyini təkidlə bildirir.

Rusiya prezidenti Vladimir Putin şənbə günü Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiq edilməsi haqda sərəncam imzalayıb. Sanksiyalara əsasən, Türkiyədən Rusiyaya bəzi məhsualların idxalına məhdidyyətlər qoyulması və Rusiyada işləyən türklərin müqavilələrinin uzadılmasının qadağan edilməsi nəzərdə tutulur. Rusiyada çalışan Türkiyə şirkətlərinin işinə də məhdudiyyyələr tətbiq edilir.

Sənəddə həmçinin Rusiyadan Türkiyəyə bütün çarter uçuşlarının dayandırılmasına və Rusiyanın turizm şirkətlərinin Türkiyədə istirahət üçün turist vəsiqələrinin satışına son qoymasına çağırılır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya təyyarəsinin vurulması ilə bağlı təəssüfünü bildirib və deyib ki, ölkə hadisədə həqiqətən də kədər doğurub və o, insidentin baş verməməsini arzu edərdi.

Şənbə günü Balıkesirdə tərəfdarları qarşısında danışan Ərdoğan deyib ki, Türkiyə və Rusiya arasında insidentlə bağlı gərginliyin daha da artmayacağına və kədər doğuracaq nəticələrə gətirib çıxarmayacağına ümid edir.

XS
SM
MD
LG