Accessibility links

Türkiyə bildirir ki, Suriyada fəaliyyət göstərən rus hərbi təyyarələri ikinci dəfə Türkiyə hava hüdudlarına daxil olub. Türkiyənin baş naziri xəbərdarlıq edib ki, Rusiya hərbi təyyarələri vurula bilərdi.

Rusiyanın səfirinə ikinci dəfə Türkiyə xarici işlər nazirliyi tərəfindən nota verilib. Notada Rusiyanın hərbi təyyarələrinin bazar günü Türkiyənin hava hövzəsini pozduğu deyilir. Türkiyənin hərbi təyyarələri Rusiya qırıcı təyyarələrini hava hüdudlarından uzaqlaşdırıb.

Baş nazir Əhməd Davudoğlu Moskvaya xəbərdarlıq göndərərək, Türkiyə qanunlarının Suriyada əməliyyat aparan hərbi təyyarələrin hava sərhələdrini pozduöu təqdirdə onları vurmaq ixtiyarını saxladığını bildirib.

Türkiyənin "Cumhuriyyət" qəzetinin şərhçisi Semih İdiz bildirib ki, Ankara və Moskva çıxılmaz vəziyyətə girir.

Bu çox mühüm məsələdir. Çünki əvvəllər belə hadisə baş verməyib. Lakin Rusiyanın Suriyada hərbi müdaxiləsi bu məsələni əhəmiyyətləşdirir.

“Bu çox mühüm məsələdir. Çünki əvvəllər belə hadisə baş verməyib. Lakin Rusiyanın Suriyada hərbi müdaxiləsi bu məsələni əhəmiyyətləşdirir," deyə şərhçi bildirib.

Moskva ilk hadisəyə gorə naviqasiya sisteminin səbəb olduğunu iddia edərək, ikinci insidentlə bağlı təhqiqat aparıldığını bildirib. Lakin NATO rəsmiləri hava hövzəsinin pozulması hallarının qəsdən baş verdiyinə inandıqlarını deyiblər. Rusiya hərbi təyyarələri Türkiyə sərhədi yaxınlığında Mpskvanın islamçı terrorçu adlandırdığı Suriya üsyançılarına qarşı hərbi əməliyyatlar aparır.

Ankara Suriya üsyançılarını dəstəkləyir və Bəşər Əl-Əsəd rejiminin dəyişdirilməsinə çalışır. Türkiyə Rusiyanın hava hücumlarına qarşı çıxır. Türkiyənin yüksək səviyyəli rəsmilərindən biri xəbərdarlıq edib ki, Rusiyanın apardığı əməliyyatlar Türkiyəyə əlavə bir milyon insanın qaçmasına gətirib çıxaracaq.

XS
SM
MD
LG