Accessibility links

Türkiyə rəsmiləri Rusiyada Suriya münaqişəsini müzakirə edir


Türkiyəli diplomatlar və ordu rəsmiləri Suriyada münaqişənin mümkün həll yollarını müzakirə etmək üçün Rusiyada səfərdədir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Ankara və Rusiya Suriyada vəziyyətin həlli ilə bağlı razılıq əldə edib.

“Türkiyə və Rusiya Suriyadakı atəşkəs, humanitar yardımın çatdırılması və böhranın siyasi həllinin tapılması ilə bağlı oxşar baxışlıara malikdir. Sadəcə atəşkəsin necə bərqərar edilməsi ilə bağlı fikirlər fərqli ola bilər. Biz xüsusən də mülki vətəndaşlara qarşı hər hansı bir hücumun əleyhinəyik. Biz həmçinin terrorçu qruplardan başqa digər mötədil qruplara qarşı hücumların tərəfdarı deyilik. Biz həmçinin Hələbin mühasirəsi ilə də razılaşmırıq” deyə Mövlud Çavuşoğlu bildirib.

Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan

Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan

Çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putin Türkiyə ilə münasibətlərin tam bərpa olunmasına çalışacağını, lakin ticari əlaqələrin bərpasının bir qədər vaxt alacağını deyib.

Moskvada danışan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında illik 200 milyard dollarlıq ticarət dövriyyəsi və çarter uçuşlarının bərpasını sürətləndirəcəyini deyib.

Ərdoğan çevriliş cəhdindən sonra Qərbdən gələn tənqidlərdən sonra Rusiyaya üz tutub və ötən il Suriya sərhədində Rusiyanın hərbi təyyarəsini vurandan sorna Rusiya ilə münasibətləri bərpa etməyə çalışır.

XS
SM
MD
LG