Accessibility links

Türkiyədə parlament seçkilərində səsvermə məntəqələri bağlanıb


Türkiyədə mühüm parlament seçkilərində səsvermə məntələri artıq bağlanıb. Seçicilərin verəcəyi səslər prezident Rəcəp Tayyib Ərdoğana daha artıq səlahiyyətlər verilməsi üçün ölkə konstitusiyasına dəyişikliklər edilməsi tərəfdarı olan namizədlərin seçilib-seçilmədiyini müəyyən edəcək.

İlkin nəticələrin açıqlanması hələ bir neçə saat ərzində gözlənilmir, lakin səsvermədən əvvəl keçirilmiş rəy sorğuları seçkinin son ildən artıqdır bir müddət ərzində ən gərgin seçki olacağını göstərir.

Parlament seçkiləri cənab Ərdoğanın Ədalət və İnkişaf Partiyasına 550 yerlik parlamentdə böyük üstünlük verilib-verilməməsi üçün bir referendum hesab edilir. Partiyanın parlamentdə yerlərin çoxunu tutması Ədalət və İnkişaf Partiyasının qanunvericilərinə Türkiyənin prezident sisteminə keçməsi üçün konstitusiyaya dəyişikliklər edə bilməsi demək olacaq. Bunun Türkiyədə demokratiyanın ciddi şəkildə dəyişməsinə və cənab Ərdoğanın ölkənin ən güclü siyasətçisi olmasına yol açacağı deyilir.

Cənab Ərdoğan “yeni Türkiyə” yaratmaq üçün bu dəyişikliklərin Türkiyənin inkişafı üçün labüd olduğunu deyib, lakin müxalifət partiyaları bunun əleyhinə çıxış edib.

Seçkidən əvvəl keçirilmiş rəy sorğularına əsasən, Ədalət və İnkişaf Partiyası dominant partiya olaraq qalacaq, lakin partiyanı təmsil edən qanunvericilərin sayı 2011-ci ildə seçkilərdən sonra olduğundan 50 faizə qədər azala bilər. Kürd tərəfdarı HDP parlamentdə təmsil olunmaq üçün 10 faizdən çox səs qazana bilsə, konstitusiyaya dəyişikliklərin qarşısı alına bilər.

Türkiyədə səsvermə hüququna malik 53 milyondan çox seçici var. Ədalət və İnkişaf Partiyası parlamentdə 330 yeri tuta bilsə, konstitusiyaya dəyişikliklər edilməsi üçün referendum keçirə bilər. Partiya 367 yer qazansa, konstitusiyaya dəyişikləri referendum keçirilmədən edə bilər.

XS
SM
MD
LG