Accessibility links

İlk dəfə olaraq ölkənin əsas üç partiyasının üzvləri arasında Türkiyədə erməni azlığını təmsil edən üzvlər də var

Yüzlərlə insan may ayının əvvəllərində İstanbulun əsas küçələrinin birində 100 yaşı olan erməni uşaq evinin zəbt edilməsinə etiraz olaraq aksiya keçiriblər. Kamp Amen adlanan uşaq evi ermənilərin kütləvi qətli zamanı sağ qalan uşaqlar üçün sığınacaq yeri olub, daha sonra isə bina erməni icması tərəfindən bərpa edilərək mədəniyyət mərkəzinə çevrilib.

Erməni icmasının üzvü Qaro Paylan bunun ermənilərə qarşı növbəti ədalətsizlik olduğunu və parlament seçkilərinə qatılmaq üçün bir səbəb olduğunu deyib.

"Mən siyasi fəal idim. Mən erməni məktəbləri, kilsələr və təşkilatlar üçün işləyirəm. Biz həmişə bəzi dəyişikliklər edilməsi üçün müraciət edirik və onlar "edəcəyik" deyirlər. Artıq 100 il olub. Biz daha gözləmək istəmirik və bunu dəyişmək üçün də mən parlament seçkilərinə qatılıram. Bu, bizim icma üçün çox mühümdir. 1960-cı ildən bəri parlamentdə təmsilçimiz yoxdur."

Qaro Paylan Kürd Sülh və Demokratiya partiyasından namizəddir. Paylan tək deyil. Hakimiyyətdə olan Ədalət və İnkişaf partiyası və müxalif CHP-də də erməni icmasından namizədlər var.

Təhlilçilər deyir ki,mərkəz-solçu partiya ənənəvi olaraq milliyətçi və Türkiyənin azlıqlarına şübhə ilə yanaşan partiya kimi qəbul edilir. Ancaq gənc erməni hüquqşünas Selina Dogan partiyanın İstanbuldan namizədləri arasında siyahıda birinci yerdədir.

"Partiya daxilində mənim namizədliyimə qarşı kampanya apardılar. Ancaq bu uzun çəkmədi. Bu, böyük fürsətdir. Çünki biz kağız üstündə bərabər olsaq da, əslində bu belə deyil. Misal üçün, siz bu ölkədə erməni zabit, polis, hakim görə bilməzsiz. Mən bu ayrı-seçkiliyə qarşı mübarizə aparacam."

Hakimiyyətdə olan Ədalət və İnkişaf partiyası tanınmış erməni köşə yazarı Markar Esayanı namizəd göstərərək, İstanbulda xristian əhalisin səslərini qazanmağa ümid edir.

Türk və rrməni dillərində çıxan Agos qəzetinin müxbiri Yetvart Danzikyan deyir ki, bu dəfə ümimi seçki mühim dəyişikliyin baş verdiyinə bir işarədir .

"Bu mühim addımdır, daha çox adam indi erməni məsələsi, ermənilərin problmeləri haqda danışır. Mən bəzi islahatların daimi olmasını görmək istəyirəm. Ancaq bilirəm ki, ermənilər Türkiyədə dövlət adamı ola bilməz. Əgər atmosfer dəyişsə, nəinki ermənilər, yəhudilər və yunanlar da Türkiyədə hədəfə çevriləcək."

İyunun 7-dən öncə dəyişikliklər daimi olsa da, olmasa da ölkənin erməni icması və onların tərəfdarları artıq bir işdə qələbəyə nail olub: son anda erməni uşaq evi xilas edilib və torpaq erməni fonduna verilib.

Seçkiyə gəldikdə isə namizədlərin heç biri dərhal böyük dəyişikliklər olacağını gözləmir. Lakin parlamentdə ermənilərin yer alması Türkiyə üçün mühim simvolik bir dəyişiklik kimi qiymətləndirilir.

XS
SM
MD
LG