Accessibility links

Suriyada münaqişə nəticəsində bir milyondan çox insan Türkiyəyə pənah gətirib. Onların çoxu sərhəd boyu düşərgələrdə məskunlaşıb, böyük sayda insan isə İstanbula üz tutub. Hazırda İstanbulda təxminən 200 min suryialı qaçqının olduğu bildirilir. Bəzi qaçqınlar Avropaya getməyə çalışsa da, başqaları üçün İstanbul Suriya prezidenti Bəşar Əl-Əsəd hökumətinə qarşı müqavimətinin mərkəzinə çevrilib. Qərargahı Türkiyədə olan Suriya müxalifəti suriyalılar üçün radio proqramlar hazırlayır.

Suriyaya radio proqramları yayan Ali Kul radiosu İstanbulun maliyyə mərkəzində yerləşir. Radio stansiyanın təsisçisi Obi Sukkarın sözlərinə görə, proqramlara heç bir senzura qoyulmur və 100 mindən çox insan müstəqil xəbərləri almaq imkanına malikdir. Obi Sukkar hökumətin onun həkim olan həyat yoldaşının müxalifət qüvvələrinə yardım göstərdiyini aşkar etməsindən sonra Suriyanı tərk edib. Onlar Türkiyə hökumətinin Suriya qaçqınları üçün açıq qapı siyasətinin nəticəsi olaraq ölkəyə gəlib İstanbulda qərar tutublar. “Türkiyədə vəziyyət həqiqətən də daha yaxşıdır, çünki burada yazığı gəlmək deyil, insan kimi yanaşma göstərirlər. Bizə yazıq adamlar kimi baxmaq lazım deyil. Biz normal həyat yaşamaq istəyirik.”

Radio proqramların zəngin suriyalılar tərifindən maliyyələşdirilməsi Obi Sukkarın İstanbulda normal həyat qurması üçün şərait yaradır. Lakin Suriya qaçqınlarının böyük hissəsi üçün İstanbul həyatı o qədər asan deyil.

Fatihdəki məsciddə yerli sakinlər qaçqınlara ərzaq və başqa yardım edir. Aişə və onun iki övladı ağır durumdadır. “Biz Suriyanı qardaşım cihadçılar tərəfindən oğurlandıqdan sonra tərk etmişik. Bütün bölgədə vəziyyət təhlükəlidir”deyə o bildirir. Aişə deyir ki, o, qaçqın düşərgəsinə getmək istəməyib: “Çoxları deyir ki, ora elə bil məhbəsdir, işləməyə imkan yoxdur, çölə çıxa bilmirsən.” O, İstanbulda iş tapa biləcəyinə və ya Avropaya gedə biləcəyinə ümid edir, “amma hər şey çox bahadır”, əlavə edir.

Parklar və alış-veril mərkəzlərində pul dilənən suriyalıların sayı artır.

Türkiyənin Ədalət və İnkişaf patiyasının dəstəklədiyi müsəlman xeyriyyə təşkilatı olan Humanitar Yardım Təşkilatının başçısı Bülent Yıldırım bəzi qaçqınlara tənqidi münasibət bildirir. “Küçədə qaçqın görəndə bizə zəng edin və biz onları hökumətin yaratdığı düşərgələrə göndərəcəyik. Lakin onlar getmək istəmir. Bəziləri üçün küçədə dilənmək bir peşəyə çevrilib”-deyə o bildirir.

Müşahidəçilər Türkiyədə, xüsusilə də böyük şəhərlərin küçələrində Suriya qaçqınlarının sayının artması ilə bağlı xəbərdarlıq edərək, bunun hökumətini çətin siyasi vəziyyətdə qoya biləcəyini bildirir.

İnkişaf və Ədalət partiyası Suriya müxalifətinə güclü dəstək bildirərək, Suriya rejiminin tez bir zamanda çökəcəyini qabaqcadan bildirir.

Türkiyənin Milliyyet qəzeti və Al-Monitor veb səhifəsinin yazarı Kadri Gürsel deyir ki, qaçqınların sayının artması baş tutmamış siyasətin nəticəsidir. “Ədalət və İnkişaf partiyasının xarici siyasəti iflasa uğrayıb, çünki Suriya maliyyə resursları aparır. Biz indi böyük qaçqın problemiil qarşılaşmışıq. Torpağımızda bir milyona yaxın Suriya qaçqını var və biz onlarla nə edəcəyimizi bilmirik. Çünki böhran illərlə davam edə bilər, biz bilmirik, bəlkə də on il sürə bilər,”-deyə o bildirir.

Al Kul radiosu indi Suriya üçün proqram hazırlayır. Radio şəbəkənin təsisçisi deyir ki, Türkiyədə Suriya qaçqınların sayının artmasına görə o, ölkə daxilində yayım haqda fikirləşir.
XS
SM
MD
LG