Accessibility links

Yunanıstanda iqtisadi böhran Türkiyənin maliyyə bazarların öz təsirini göstərib, Türkiyə lirasının dəyəri isə record səviyyədə aşağı düşüb.

İslam Dövləti qrupuna qarşı mübarizə və qonşu Suriyada qeyri-sabitlik maliyyə problemlərinin daha da artacağı ilə bağlı qorxular yaradır.

Brüsseldə yerləşən Karneqi institutunun eksperti Sinan Ulgen deyir ki, bazar günü Yunanıstanda keçirilən referendumdan sonra avro zonasına üzv olmayan Türkiyə maliyyə baxımından daha böyük təzyiqlərlə qarşılaşır.

Sinan Ulgen: "Regionda təhlükəsizliklə bağlı vəziyyəti nəzərə alsaq, Türkiyə böyük risk qarşısındadır. Yunanıstanda referendum o deməkdir ki, maliyyə bazarında problemlər gözlənilir."

"Regionda təhlükəsizliklə bağlı vəziyyəti nəzərə alsaq, Türkiyə böyük risk qarşısındadır. Yunanıstanda referendum o deməkdir ki, maliyyə bazarında problemlər gözlənilir."-Sinan Ulgen

Türkiyənin maliyyə bazarlarının qonşu ölkədə böhrana həssaslığı ölkənin iqtisadi baxımdan zəifliyinə işarə kimi qəbul edilir.

İstanbulda yerləşən Global Source Partners şirkətinin məsləhətçisi Atilla Yeşilada deyir ki, Türkiyə ən ağır iqtisadi risklərlə qarşılaşır.

Atilla Yeşilada: "İqtisadi inkişaf səviyyəsi 7 faizdən 3 faizə enib. Türkiyənin hazırkı defisit səviyyəsi hələ də beş faiz olaraq qalır. Bu, iqtisadiyyatı inkişaf etməkdə olan ölkələr arasında ən yüksək faizdir. İnfilasiya dərəcəsi səkkiz faiz təşkil edir, bu da inkişaf etməkdə olan ölkələr üçün çox yüksəkdir."

Türkiyəyə valyuta axınını təmin edən əsas sahələrdən biri olan turizm də çətin günlərini yaşayır. Rusiyaya qoyulan sanksiyalar səbəbi ilə ölkəyə gələn turistlərin sayı azalıb. Tunis kurortunda silahlı hücumdan sonra Aralıq dənizi sahillərinə səyahət edən avropalıların sayının düşəcəyi gözlənilir.

"Bu baş versə,Türkiyə yayın sonuna qədər hökumət olmadan idarə olunacaq və mən güman edirəm ki, mərkəzi bank faiz dərəcələrini artıracaq."-Atilla Yeşilada

Atilla Yeşilada iyun ayında keçirilən seçkilərdən sonra koalisiya hökumətinin yaradılmasında qarşıya çıxan çətinliklərin də problemlər yarada biləcəyi ilə bağlı xəbərdarlıq edir. O, erkən seçkilərin böhranı daha da dərinləşdirə biləcəyini düşünür: "Bu baş versə,Türkiyə yayın sonuna qədər hökumət olmadan idarə olunacaq və mən güman edirəm ki, mərkəzi bank faiz dərəcələrini artıracaq. Beləliklə də maliyyə bazarları ardıcıl zərbələrə məruz qalacaq."

ABŞ Federal Mərkəzi Bankının sıfıra yaxın faiz səviyyəsində borc vermə siyasəti xarici kapitala əsaslanan Türkiyənin iqtisadiyyatına müsbət təsir göstərib. Bu siyasətin bu yaxınlarda dəyişəcəyi gözlənilir. Yunanıstanda maliyyə böhranı və Suriyada vətəndaş müharibəsinin davam etdiyi bir vaxt erkən seçkilərin keçirilməsi təhlükəsi də əlavə olsa, maliyyə ekspertləri Türkiyənin yaxın zamanda bütün bunların nəticələri ilə qarşılaşacağı ilə bağlı xəbərdarlıq edir.

XS
SM
MD
LG