Accessibility links

Türkiyə hərbi təyyarələri Suriya sərhəddində havaya qalxıb


Türkiyə silahlı qüvvələri Suriya vertolyotlarının sərhəd bölgəsində yaxın məsafədə uçmasından sonra hərbi təyyarələrin havaya qalxdığını bildirib. Silahlı qüvvələrin açıqladığı bəyanatda deyilir ki, Suriya vertolyotunun üç dəfə bölgədə uçmasından sonra F-16 tipli hərbi təyyarələr havaya qalıb. Türkiyə silahlı qüvvələri qarşıdurmanın harada baş verdiyini qeyd etməyib.

Təyyarələrin uçuşları Türkiyənin iyunun 22-də Suriya silahlı qüvvələri tərəfindən təyyarənin vurulmasına cavab olaraq, Suriya tərəfdən ölkə sərhəddinə hər hansı hərbi texnikanın yaxınlaşmasını təhlükə kimi qəbul edəcəyini bəyan etməsindən bir neçə gün sonraya təsadüf edib.

Türkiyə habelə sərhəddə zenit texnikası və başqa silahlar yerləşdirib.

Türkiyə silahlı qüvvələrinin bildirdiyinə görə, Suriya vertolyotları sərhəddən 6,5 kilometr məsafədə uçuşlar həyata keçirib.
XS
SM
MD
LG