Accessibility links

Türkiyə Suriyanın şimalında kürdlərin mövqelərini atəşə tutub


Suriya-Türkiyə sərhədi, Azaz şəhəri
Suriya-Türkiyə sərhədi, Azaz şəhəri

Suriyada müxtəlif tərəflərin cəlb olunduğu hərbi münaqişə Türkiyə hərbi qüvvələrinin sərhəddə ABŞ-ın dəstəklədiyi Kürdüstan Xalq Müdafiə qrupu YPG-nin mövqelərini atəşə tutması ilə daha da mürəkkəb xarakter alıb.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu şənbə günü gecə artilleriya atəşlərinin açıldığını təsdiq edib və YPG-nin Suriya ilə sərhəddə Azaz şəhərindən çıxmasını və keçən həftə kürd qüvvələrinin Suriya üsyançlarından aldığı yaxınlıqdakı hərbi bazanı tərk etməsini tələb edib.

Qərb ölkələri və Körfəz ölkələrinin dəstəyini alan kürd qüvvələri bir həftədən çoxdur Rusiyanın dəstəyi ilə Suriya prezidenti Bəşar Əl-Əsəd qüvvələrinin hücumlarına müqavimət göstərməyə çalışır.

YPG döyüşçüsü
YPG döyüşçüsü

YPG birləşmələri və onların müttəfiqlərinin Suriyanın şimalında keçirdiyi əməliyyatlar Qərbin dəstəklədiyi Suriya Azadlıq ordusunun müdafiə taktikasını çətinləşdirib. Suriya üsyançları YPG-ni əməliyyatları Əsəd hökuməti ilə koordinasiya etməkdə və taktiki cəhətdən vəziyyəti qarışdırmaqda günahlandırır.

Üsyançıların komandirləri bildirir ki, YPG döyüşçüləri Türkiyə ilə sərhədin altı kilometrliyində Azazın bəzi hissələrindədir. YPG Türkiyədə fəaliyyəti qadağan olmuş Kürdüstan Fəhlə Partiyasının qanadı olan Demokratik Birlik Partiyasının hərbi cinahıdır. Türkiyə həm PYD, həm də PKK-nı terrorçu qrup sayır.

ABŞ-ın effektiv tərəfdaşı

Üsyançı qüvvələrin komandirləri ABŞ-ın islam Dövləti qrupuna qarşı Suriyada quruda əməliyyatlarda effektiv tərəfdaşı olan YPG-ni hökumət qüvvələrinə strateji baxımdan mühüm Tell Rifaat şəhəri və onun ətrafında hücumlarda kömək etməkdə ittiham edib.

Mötədil qruplarla islamçı hərbi fraksiyalar, eləcə də özlərini islamçı millətçi adlandıran döyüşçülərin birləşməsndən ibarət olan 10 minlik Şamiya Cəbhəsinin yüksək ranqlı üzvü Məhəmməd Adib dğyüşçülərin YPG üzvləri Rusiyanın hava hücumlarına çağırdığı zaman onları dinlədiyini bildirib.

Türkiyə hərbi qüvvlərinin rəsmilərinə əsasən, YPG-nin mövqeləri Azazdan cənub-şərqdə kürdlərin atəşlərinə cavab olaraq atəşə tutulub.

Suriya İnsan Haqlarını Müşahidə qrupunun nümayəndəsi Rami Abdel Rəhman Türkiyə hərbi qüvvələrinin YPG-nin kürdlərin Suriya üsyançılarından aldığı hərbi hava bazası olan Menaq yaxınlığında daha böyük ərazidə mövqelərini atəşə tutduğunu bildirib.

Suriya Azadlıq ordusunun döyüşçüsü Azazda əməliyyatlar zamanı
Suriya Azadlıq ordusunun döyüşçüsü Azazda əməliyyatlar zamanı

Türkiyə rəsmiləri türk əsgərlərinin Suriya rejimi hərbi qüvələrinin Hatay vilayəti ilə sərhəddə Çalıboğazı sərhəd keçidində atəşə tutduğunu təsdiqləyib. Onlar bunun Türkiyə hərbi qüvvələrinə qarşı atəşlərə cavab olduğunu bildiriblər.

Türkiyə və Səudiyyə Ərəbistanı Suriyaya quru qüvvə göndərmək istəyir

Atışma Türkiyə və Səudiyyə Ərəbistanı rəsmilərinin beynəlxalq koalisiyanın İslam Dövləti qrupuna qarşı mübarizə səylərinin bir hissəsi olaraq Suriyanın şimalında quru qüvvələrin yerləşdirilməsi məsələsinin müzakirə etdiyi vaxta təsadüf edir.

Lakin şənbə günü Almaniyanın Hendelsblatt qəzetinə müsahibəsində Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adel Əl-Cubeyr əsas diqqəti Rusiyanın hərbi müdaxiləsinə yönəldərək, bunun Əsədin hakimiyyətdə qalmasına kömək etməyəcəyini və Ankara və Ər-Riyadın Əsədə qarşı mümkün hərbi əməliyyatları nəzərdən keçirdiyini bildirib. Bu, müharibənin genişlənməsi və türklərin ruslarla mümkün toqquşması perspektvilərini artıra bilər.

"Gələcəkdə Bəşar Əl-Əsəd olmamalıdır"-deyə o bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adel Əl-Cubeyrlə Ankarada 2015-ci ilin okyabr ayında görüş zamanı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adel Əl-Cubeyrlə Ankarada 2015-ci ilin okyabr ayında görüş zamanı

Türkiyənin Xarici İşlər naziri Mevlut Çavuşoğlu bazar günü Türkiyə və Səudiyyə Ərəbistanının quruda hərbi kampaniya ilə bağlı artıq razılığa gəldiyi haqda əvvəlki açıqlamalarını dilə gətirməyib, belə bir əməliyyatla bağlı hələlik razılıq əldə olunmadığını deyib. Lakin o, Səudiyyə Ərəbistanının Türkiyənin cənubunda Suriya ilə sərhəd yaxınlığında NATO-nun İncirlik hərbi bazasına bir neçə hərbi təyyarə göndərə bilməsini təsdiqləyib.

"Bu günə kimi quruda əməliyyatlarla bağlı qərar qəbul olunmayıb"-deyə o bildirib.

Türkiyə mətbuatı gələn həftələrdə Səudiyyə Ərəbistanından İncirlikyə 8-10 hərbi təyyarənin gətiriləcəyi və F-16 tipli dörd təyyarənin ilk partiya ilə gələcəyi haqda məlumat verib.

Daha geniş hərbi müdaxilə

Türkiyənin Baş naziri Davudoğlu Türkiyənin təkcə Dövləti qrupu deyil, daha geniş müdaxiləyə dəstəyi ilə bağlı açıqlamalar verib. "Biz Türkiyənin təhlükəsizliyinə qarantiya verilən bir şəraitin, İŞİD-in, Suriya rejimi və ya PYD-nin mövcud olmadığı bir şəraitin yaradılması üçün bütün lazımi addımları atacağıq"-deyə Davudoğlu Ərzincanda keçirlən mətbuat konfransı zamanı bildirib.

Davudoğlu BMT-nin vasitəçiliyi ilə Münhendə keçirilən sülh danışıqları ilə bağlı narazılığını ifadə edərək, qarşıdan gələn günlər hrbi əməliyyatların dayandırılmasına dair ümidlərlə bağlı şübhələrini ifadə edib.

"Rusiya və ABŞ arasında görüşlər davam edir və hər görüşdən sonra Hələbdə hücumlar güclənir və Hələndən gələn qaçqınların sayı artır"-deyə Davudoğlu bildirib.

ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə yanvar ayında İstanbulda görüş zamanı
ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə yanvar ayında İstanbulda görüş zamanı

Türkiyə rəsmilərinin bildirdiyinə görə, Davudoğlu bu həfrə ABŞ-ın vitse-prezidenti Co Baydenlə Türkiyənin YPG-nin Suriyanın şimalında hərbi əməliyyatları ilə bağlı narahatlığını müzakirə edib. Baydenin Türkiyə baş nazirinə onun açıqlamalarını "mavafiq tərəflərə" çatdıracağına söz verməsi bildirilir.

ABŞ rəsmiləri Rusiyanın dəstəyi ilə Əsəd qüvvələrinin hücumlarının hərbi yolla qarşısının alınması imkanlarının çox olmadığını və Suriyada beş ildir davam edən vətəndaş müharibəsinə hərbi yolla deyil, müzakirələr yolu ilə son qoyulmalı olduğunu bildirir.

Fransa xəbər agenliyinə müsahibə zamanı prezident Bəşar Əl-Əsəd Türkiyə və Səudiyyə Ərəbistanının Suriyaya hərbi müdaxiləsini istisna etmədiyini, lakin onun hərbi qüvvələrinin buna müqavimət göstərəcəyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG