Accessibility links

Türkiyədə minlərlə insan Tahir Elçinin dəfnində iştirak edib


Vəkil Tahir Elçinin dəfn mərasimi
Vəkil Tahir Elçinin dəfn mərasimi

Türkiydə minlərlə insan kürd vəkil və insan haqları fəalı Tahir Elçinin dəfnində iştirak edib.

Tahir Elçi şənbə günü Diyarbakırda kürd yaraqlıları və təhlükəsizlik qüvvələr arasında atışma zamanı öldürülüb. Zorakılıqlar zamanı iki polis zabiti də həyatını itirib.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu dyib ki, Tahir Elçinin "terror hücumu" nəticəsində və ya atışma zamanı öldüyü aydın deyil.

Şahidlərin sözlərinə görə, hücumçular Tahir Elçi və başqa kürd fəallar Diyarbakırda mətbuat üçün açıqlama verdiyi zaman onlara atəş açıb. Onlar atışmanın kürd üsyançıları və təhlükəsizlik qüvvələri arasında toqquşmaya səbəb olduğunu bildirib.

Tahir Elçi Diyarbakır Hüquqşünaslar Assosiyasının prezidenti idi. Türkiyə rəsmiləri Tahir Elçini keçən il Kürdüstan Fəhlə Partiyası PKK-nın terror təşkilatı olmadığını dediyinə görə həbs etmişdi. O, azadlığa buraxılaraq məhkəmə prosesini gözləyirdi.

Human Rights Watch beynəlxalq insan hüquqları təşkilatının nümayəndəsi Emma Sinkler-Vebb tahir Elçinin qətlini "Türkyiə üçün qaranlıq bir gün" adlandırıb. "Tahir Elçinin qətli təkcə insan haqları fəalları deyil, Türkiyədə ədalət və qanunun üstün olduğunu görmək istəyən bütün insanlar üçün ağır zərbədir"-deyə o bildirib.

İstanbulda mindən çox insan küçələrə çıxaraq Tahir Elçinin qətlinə etiraz bildirib. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan və təzyiqli sudan istifadə edib.

XS
SM
MD
LG