Accessibility links

Türkiyədə vəziyyət gəncləri təhsil üçün xaricə üz tutmağa vadar edir


Türkiyədə sosial və iqtisadi böhran olduğu üçün, gənc türklər daha çox xaricdə oxumağa üstünlük verir.

“Türkiyədəki terror hücumları, siyasi qeyri-müəyyənlik və təhlükəsizliklə bağlı narahatlıqlar səbəbilə türk tələbələrin xaricə getmək arzusu artıb,” deyə Türkiyənin xarici təhsil müşaviri Rahmi Məsud Yılmaz Amerikanın Səsinə bildirib.

Türkiyədəki terror hücumları, siyasi qeyri-müəyyənlik və təhlükəsizliklə bağlı narahatlıqlar səbəbilə, türk tələbələrin xaricə gemək arzusu artıb.

Müstəqil gündəlik Cümhuriyyət qəzetinin verdiyi məlumata görə, 2009-cu ildən bəri xaricdə təhsil almaq istəyən tələbələrin sayı hər il ikiqat artıb. Qəzet bu il özəl İstanbul Robert Colleci orta məktəbinin 196 məzunundan 151-i xaricdə təhsil almaq üçün müraciət edib.

Dövlət tərəfindən maliyyələşdirilən Anadolu Xəbər Agentliyinin bildirdiyinə görə, hər il 90 minə yaxın türk tələbə təhsil üçün xaricə gedir və ölkədən kənarda təhsil üçün 1,5 milyard dollar pul xərclənir. Dünya Bankının məlumatına görə isə Türkiyə xaricdə təhsil alan tələbə sayına görə dünya ölkləri arasında 11-ci yeri tutur.

Təhsil üçün üstünlük verilən ölkələr arasında Britaniya, Birləşmiş Ştatlar, Malta, Kanada, Avstraliya və Almaniya yer alır.

Nyu-Yorkda fəaliyyət göstərən Beynəlxalq Təhsil İnstitutunun bildirdiyinə görə, 2014-2015-ci təhsil ili üçün ABŞ-dakı ali təhsil ocaqlarında 10 min 724 türk tələbə qeydiyyatdan keçib,

“Gəncləri xaricdə təhsil və iş imkanları axtarmağa və ya xaricdə yaşamağa “itələyən” bir neçə amil var, deyə Ankarada yerləşən Yaxın Şərq Texniki Universitetində gənc türklər arasında “yüksək ixtisaslı və ya intellektual insanların ölkədən mühacirət etməsini” araşdıran iqtisadiyyat professoru Aysit Tansel bildirir.

Türkiyədəki “iqtisadi qeyri-sabitlik və qeyri-müəyyənlik” xaricdə qalmaq qərarının əsas amilləridir, deyə o bildirir və əlavə olaraq “bu cür düşüncələr iyulun 15-də baş verən çevriliş cəhdindən sonra daha da artıb.

Gələcəklə bağlı bədbinlik

Tansel deyir ki, onun tələbələri “ölkələrinin gələcəyi bağlı bədbindirlər.”

İstanbul Bilgi Universitetində psixologiya oxuyan Duyğu Ballı ölkədə imkanların məhdud olduğunu deyir.

“Tələbələr Türkiyədəki son terror hadisələri, iqtisadi tənəzzül və gələcəklə bağlı narahatlıqlara görə xaricə köçməyi düşünürlər,” deyə Ballı bildirir. O özü də maqistr dərəcəsini xaricdə almağı planlaşdırır.

Bu yaxınlarda Nyu-York Şəhər Universitetindən kommunikasiya ixtisası üzrə məzun olan Ergülən Toprak Türkiyədə mətbuat azadlığına qarşı davam edən təqiblər səbəbilə Birləşmiş Ştatlarda qalmaq istədiyini deyir. Çevriliş cəhdindən sonra Türkiyədə tətbiq edilən fövqəladə hall çərçivəsində jurnalist və alimlərin həbsi artıb.

“Mən ABŞ mediasında işləyib, təcrübə qazanmaq istəyirəm,” deyə Toprak bildirir. Türkiyənin jurnalistlər üçün cəlbedici bir ölkə olmadığı aydındır. Türkiyədən bir çox insan mənə zəng edib təhsil üçün buraya gəlməyin yollarını soruşurlar. Mən isə Türkiyədə vəziyyətin tezliklə yaxşılaşacağına ümid edirəm,” deyə o əlavə edib.

Gənc türklər xarici təhsili xaricdə qala bilmək üçün iqtisadi dayaq nöqtəsi kimi görürlər.

“Xaricdə təhsil almaq, həmçinin təkcə Türkiyədə deyil, xarici ölkələrdə də yaxşı iş tapmaq imkanı yaradır,” deyə Yılmaz bildirib. Onun şirkəti Edcon Təhsil Məsləhət şirkəti xaricdə təhsili asanlaşdırır.

Tansel isə əlavə edir ki, “dəlillər göstərir ki, onlar təhsilllərini başa vuranda iş tapmaq inkalrı üzərində daərin fikirləşirlər. Onlar deyirlər ki, Türkiyədə dostbazlıq mövcuddur və ona görə də onların işə qəbul sənədləri seçilməyəcək. Bir çox insan açıq şəkildə məndən bu ölkədə onları yaxçı həyatın gözləyib-gözləmədiyini soruşub.”

Çətin Təhsil Mühiti

Türkiyədə qalan tələbələr çox əziyyətli təhsil abu-havası ilə üzləşib.

“Çevriliş cəhdi və ardınca ziyalılara qarşı təqiblər onlar üçün “zəhərli iqlim” yaradıb, deyə Ankarada yerləşən Bilkent Universitetinin politoloqu və eyni zamanda Vaşinqtonda qərargahlanan Demokratiyaların Müdafiəsi Fondunun baş elmi işçisi Aykan Erdermir bildirir. O deyir ki, “Türkiyə höküməti dərk etməlidir ki, alimlər üçün hüquq və azadlıqlar maddi motivlərdən daha vacibdir.”

“Təsadüf deyil ki, dünyanın aparıcı araşdırma mərkəzləri güclü qanun aliliyi və ifadə azadlığı ənənələri olan ölkələrdə yerləşir,” deyə Erdemir bildirib. “Ankara demokratik islahatlar həyata keçirməyənədək, Türkiyənin yüksək kalibrli alimləri cəlb etməsi mümkün deyil.”

XS
SM
MD
LG