Accessibility links

Qaziantep hücumunun intiharçı uşaq tərəfindən törədildiyi haqda iddialar dəyişir


Türkiyə rəsmiləri şənbə günü kürdlərin toyunda 54 nəfərin ölümünə səbəb olan partlayışın İŞİD tərəfindən göndərilən yeniyetmənin törətdiyi haqda fərziyyəni dəyişib.

Hücumçu Suriya ilə şimalda sərhəddən 60 kilometr məsafədə yerləşən Qaziantep şəhərində də kürdlərin toy şənliyinə hücum edib. Suriyada beş ildir davam edən vətəndaş müharibəsindən qaçmağa çalışan qaçqınların çoxu bu şəhərə pənah gətirir.

Bundan əvvəl prezident Rəcəb Tayyb Ərdoğan hücumçunun 12-14 yaşlarında oğlan olduğunu və İŞİD qüvvələri tərəfindən göndərildiyini bildirmişdir. Hadisə qurbanlarının çoxunun yaşı 18-dən az olub.

Hadisədən sonra şok keçirən yenicə evlənmiş bəylə gəlin yaxınlarının ölümünü dərin kədərlə qarşılayıb.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Lakin hücum öz üslubuna və istifadə edilən partlayıcı qurğuların növünə görə əvvəllər İŞİD tərəfindən törədilmiş başqa hücumlara bənzəyir.

XS
SM
MD
LG