Accessibility links

Türkiyədə qaçqın uşaqlar üçün məktəb [Video]


Türkiyədə yaşayan 500 minə yaxın suriyalı qaçqın uşaq məktəbə getmir. Hökümət isə təhsil proqramlarını artırmağa çalışır. Qaçqın düşərgələrindən kənarda yaşayan uşaqların təhsil problemini həll etmək məqsədilə İstanbulda yeni təhsil layihəsi həyata keçirilir.

Bu məktəbin açılması bir çox şagirdin çox böyük bir problemini həll etmiş oldu. Məktəbin varlığı, xüsusilə də 5-10 yaşlı uşaqlar üçün çox vacibdir ki, onlar bilik və mədəniyyət sahibi ola bilsinlər.

İstanbuldakı Atatürk məktəbində daha bir dərs günü bitir. Mindən çox türkiyəli məktəbli dərsdən çıxıb evə gedir.

Başqaları üçün isə dərs günü hələ yeni başlayır.

700 suriyalı uşaq məktəbə daxil olmaq üçün səbirsizliklə gözləyir.

Onları Sıtkı Dayar qarşılayır. O, Türkiyə Təhsil Nazirliyinin keçən il start verdiyi yeni paralel təhsil layihəsinin koordinatorudur. Bu layihəyə görə suriyalı uşaqlara suriyalı müəllimlər dərs keçir.

İlk gündən layihə icraçıları gərgin işləyib.

“Bizdən dörd sinif otağı təşkil etməyimizi istənmişdilər və dörd otağın yetərli olacağı düşünülürdü. Amma biz 18 sinif otağı açmalı olduq. Əgər imkanımız olsa, bu siniflərin sayını hətta ikiqat artırardıq, çünki buna tələbat çox yüksəkdir.”

Türkiyədəki qaçqın uşaqlar

Türkiyədəki qaçqın uşaqlar

Hər gün valideyinlər məkətəbə yeni uşaq gətirir. Dünyanın digər yerlərində olduğu kimi bəzi uşaqlar ilk dəfə valideynlərindən ayırlmaq istəmir.

Proqram çərçivəsində uşaqlara ərəb dili qrammatikası, ərəb dilində oxumaq və yazmaq öyrədilir. Amma bundan əlavə onlara türk dili də daxil olmaqla digər xarici dillər tədir edilir.

“Bu məktəbin açılması bir çox şagirdin çox böyük bir problemini həll etmiş oldu. Məktəbin varlığı, xüsusilə də 5-10 yaşlı uşaqlar üçün çox vacibdir ki, onlar bilik və mədəniyyət sahibi ola bilsinlər.”

Məktəb suriyalı uşaqların Türkiyə dövlət məktəblərinə inteqrasiya olmaqda çətinlik çəkməsindən sonra təsis olunub.

Bütöv yeni nəsil terrora doğru gedir. Təhsil olmadan onlar pul qazanmaq üçün heç nə edə bilməyəcək. Bu da suriyalıların çox sayda problemlə üzləşəcəyini göstərir, xüsusilə də Türkiyədə.

“Suriyalı uşaqlar türk məktəblərinə gedəndə, onlar türk dilində Türkiyə tədris planına əsasən dərs keçməli olur. Dil məhdudiyyəti olduğu üçünsə, onlar dərsləri öyrənə bilmir. Semestr bitdiyində isə onlar sadəcə bir az türk dilini öyrənir, digər dərslərdən isə geri qalır.”

Bəzi valideyinlər isə vaxtın daralmasından narahatdır.

“Bütöv yeni nəsil terrora doğru gedir. Təhsil olmadan onlar pul qazanmaq üçün heç nə edə bilməyəcək. Bu da suriyalıların çox sayda problemlə üzləşəcəyini göstərir, xüsusilə də Türkiyədə.”

Amma bu kimi təhsil proqramları bir ümid yaradır.

Uşaqların çoxu ölkələrinə dönüb oranı bərpa etmək istədiyini deyir. Ümid onadır ki, suriyalıların yeni nəsli təhsil alıb daha işıqlı gələcək qura biləcək.

XS
SM
MD
LG