Accessibility links

Türkiyədə yeni nümayiş dalğasının 4-cü günü polis bir neçə şəhərdə etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və suvuran maşınlardan istifadə edib.

Etirazçıların sayı çərşənbə axşamı nümayişlər zamanı 22 yaşlı Əhməd Ataxanın ölümündən sonra sürətlə artır.

Ataxanın ölümü ölkədə geniş mübahisələrə səbəb olub. Rəsmilər onun binadan yıxıldığını, başqaları isə polisin atdığı gözyaşardıcı qaz kanisterinin nümayişçinin başına dəydiyini deyir.

Bu, Türkiyədə iyun ayından başlayan etirazlar zamanı ölən 16-cı nümayişçidir. O zaman etirazlar İstanbulun Taksim meydanındakı Gezi parkını qorumaq üçün başlasa da, sonradan daha geniş xarakter almışdı.
XS
SM
MD
LG