Accessibility links

Türkiyənin cənub-şərqində İŞİD şəbəkəsinə qarşı həyata keçirilən reyd nəticəsində 9 yaraqlı öldürülüb. İnsident zamanı iki Türk polisi də həlak olub.

Bu gün əsasən kürdlərin yaşadığı Diyarbəkir şəhərində polisin bir neçə evdə keçirdiyi reyd silahlı qarşıdurmaya səbəb olub. Təhlükəsizlik rəsmiləri deyib ki, atışma nəticəsində 4 polis zabiti də yaralanıb. Polis 3 yaraqlını həbs edib.

Türkiyə hüquq-mühafizəçiləri Ankarada 100-dən çox insanın həyatına son qoyan iki bomba hücumuna görə İŞİD qruplaşmasının yaraqlarının günahlandırır.

Türkiyə habelə Suriyadan qaçdıqdan sonra BMT-də qeydiyyatdan keçmiş 4 milyon qaçqına ev sahibliyi edir. Ötən ili bu vaxtı ilə müqayisədə Türkiyədəki suiyalı qaçqınların sayı iki dəfə artıb.

Suriya prezidenti Bəşar Əl-Əsəd isə dünən məqsədinin ölkəsindəki terrorçuları təmizləmək olduğunu deyərək bunun siyasi həll yoluna gətirib çıxaracağını və suriyalıların 4 il yarımdır bunu gözlədiyini bildirib.

Əsəd Rusiyadan olan bir qrup qanunverici və rəsmi ilə Dəməşqdə görüşüb. Dövlət SANA xəbər agentliyi bildirib ki, prezident terrorçu qruplaşmaların məhvi ilə Suriyanın süverenliyinin və ərazi bütövlüyünün bərpa olunacağını dilə gətirib.

Rusiya nümayəndə heyətindən bir üzv, qanunverici Aleksandr Yuşçenko Əsədə istinadən bildirib ki, o, yeni prezidenti seçkilərində iştirak edə və eləcə də Suriya xalqı istəsə parlament seçkiləri təşkil edə bilər.

XS
SM
MD
LG